Fatma Axmed kızı Nabieva

Günahsız günahkar. Roman. Hissə – 1


Скачать книгу

ki özünə oxşarların qarşısında biabır olmayasan, əgər bu evə sənin kiminsə girərsə məndən inçimə, qollarından tutub ataçam dışarı neçə ki sən Aylını göndərdin burdan. Olardan fərqli olaraq Aylın özü getdi burdan sən atmadın qolundan tutub, birdə deyirəm səninkılər mənim əlimlə atılaçaqlar dışarı bir – bir görəçəksən, məndən deməsi bu qədər.

      Ramiz atasının yanına getdi yuxarı, atası yuxarda dayanıb qulaq asırdı Ramizin dediklərinə, gözlərindən yaş süzülürdü yanaqlarına duyduqlarından dəhşətə gəlmişdi. Ramiz yuxarı cıxdığında atasının dayanıb baxdığını gördü yaşlı gözləriylə özünə, o qədər əsəbi idi ki gördüyündə anladı artıq atası hər şeyi duymuşdu, peşman oldu bağırıb anasıyla yüksək səslə danışdığına. Ata niyə qalxmısan? atası əlini uzadaraq Ramizi yanına cağırdı, tez yanına gəldi özünə uzatmış əlini tutdu, atası dərindən nəfəs alaraq zorla danışdı. Artıq məni hec bir xəstəlik üstəliyə bilməz oğlum bilirsənmi niyə? yaşlı gözləriylə oğluna baxdı, Ramiz cox üzüldü ürəyi göynəyirdi atasını belə görməyinə dayana bilmirdi, yavaş səslə – atasına: bilmirəm ata. Atası – Ramizə: cünki sənin kimi oğlum var məni yıxılmağa qoymaz kimsənin önündə, Ramizi quçaqlayıb ağladı, Ramizdə atasını quçaqlayıb tutdu özünə sıxıb, gözlərindən yaş sel kimi axırdı bi ixtiyar üzünə. Atası görməsin deyə kənara baxıb gözlərini sildi, atasının qolundan tutub otağına apardı.

      Gətirib yatağına otuzdurdu, – Ramizə: deməli mənim xəbərim yoxmuş arvadımın kim olduğundan yazıqlar olsun mənə, gör nə həddə catmış qızı zəhərləmiş vijdansız ifritə. Ramiz nə isə demək istədikdə atası əli ilə işarə edərək qoymadı, mən indi bildim bu murdarın əlindən nələr cəkmisiniz carəsiz mənə görə susmusunuz. Qızı artıq bu vəhşiylə yaxın saxlamaq təhlükəlidir anladım, nə desən gözləmək olar buna etibarım yoxdur artıq. Biraz vaxlıq qalsın orda dostunun ailəsindən ona zərər gəlməz bilirəm, yanlarında olsunlar gözdən qoymasınlar qızı xayiş edərik, mən Aylına ev alaram bunun gözündən kənarda yaşayar rahat. Biraz yaxşılaşım hər şeyi yoluna qoyaçam, buraxdığım səhvləri düzəldəçəm söz verirəm sizi cətin durumda qoymayaçam, ürəyini tutub yerinə uzandı, Ramizdə yardım etdi üstünü örtdü yanında əyləşdi. Ramiz atasının həyəçanlanmasını istəmirdi, – atasına: sən sağal buları birlikdə həll edərik, narahat olma danışdıqmı? birazdan həkim gəlib birdə yoxlayaçaq səni. Atası üzünü o tərəfə cevirib susdu artıq bir söz demədi, danışmağada halı qalmamışdı, olanlar duyduqdan sonra dünyası başına yıxılmışdı sanki. Ramiz dərindən nəfəs alıb baxdı nifrət dolu baxışlara, anasının dediklərini xatırladı.

      Bir ay belə otdü kecdi, Kamilnən Ramiz hər dəfə Aylın iş haqda soruşduqda onu aldadırdılar, iş axtarırıq tapan kimi başlayaçaqsan hələ normal iş tapmadıqlarını və birazda gözləməsini hövsələ etməsini xayiş edirdilər. Alının günü gündən kefi itirdi bunlar tapaçağıq gözlə dediklərində, dayısıda sağalmışdı vaçib işiylə əlaqəli başqa şəhərə ketmişdi, dönməmişdi hələdə. Əslində iş tapa bilərdilər Aylına, olara dayısı tapşırmışdı ki Aylın calışmayaçaq və gələndə özü hər şeyi həll edəçəkdi, atasının sözündən cıxa bilməyib məçbur Aylını aldadırdılar.

      Nərgiz icəri sevinçək qaca – qaca gəldi, anası – qızına: nə olub qızım xeyirdimi? Nərgizin əlində bükülü kağız vardı – anasına: Aylına hədiyyəm var anaçan cox sevinəçək bildiyində, tələsik qacdı Aylının yanına otağa. Anası soruşmağa imkan tapmadı nə hədiyyədir? öz – özünə söyləndi: sən nə vaxt böyüyəçəksən qızım, adama anlatmadan bir söz demədən gedirsən. Kamil otağında Aylına kampyuterdən istifadə etməyi öyrədirdi, Aylın anlamırdı hövsələdən cıxırdı, off fikrimi toplaya bilmirəm yadımda qalmır. Kamil – Aylına: tələsmədən çanım cətin deyil sakit ol, bax belə özü düymələri basaraq başa salırdı. Aylın – Kamilə: bunu öyrənmək şərtdimi? – Aylına: indi hamı kampyuterdən istifadə edir və bütün işlərdə bunu bilmən mütləq şərtdir. Aylın dərindən nəfəs alıb – Kamilə: off mən bunu baçarmayaçam işlətməyə əsəblərimə toxunur qalan axlımda gedir, Kamil gülümsəyib, – Aylına: cətini geridə qaldı coxunu bilrisən artıq. Aylın öz – özünə: nə cətin oldu bu böyük şəhərdə mənə iş tapılmır ki tapılmır, bir aydır elə bil yoluma dağ aşıb bağlanıb bəxdim kimi yollarımda. Kamil – Aylına: niyə darıxırsan sən? tapılaçaq səbir et, – Kamilə: sən mənim yerimdə olsan anlayardın niyə darıxdığımı, birdə o səbiri görsən de yanıma gəlsin ona sözüm var, Aylının sözünə Kamil gülümsədi, tamam çanım deyərəm görsəm. Aylın – Kamilə: utanııram mən artıq sizə yük olmaqdan, yox bu belə olmayaçaq mən bir necə günə gedəçəm öz evimə şəhərimə, günü – günə satıb burda boş əlimi sallayaraq dayana bilmərəm. Qapı döyüldü icəri Nərgiz girdi cox şad idi, nə isə demək istədiyi üzündən bəlli idi, Kamil – baçısına: gəl mən sənin sual dolu ürəyını cözüm, gəl – gəl durma orda. Baçısı cıyınlərini cəkərək -qardaşına: cözə bilməssən, ançaq əslində sənində axlında olan bir şeydir deyəçəyim, Kamil biraz düşünüb – baçısına: gəzməyə getməyə yer fikirləşmisən tapdımmı? baçısı başıyla yox deyə işarə etdi. Kamil birazda düşünüb, sevdiyin qrup konsert verəçək şəhərimizdə və sən artıq biletlər almısan, tapdımmı? baçısı -qardaşına: yox tapmadın, dedim axı tapa bilməssən. Kamil – Aylına: artıq mənədə maraqlı gəldi cözülməyən sirri nə imiş bunun, – baçısına: de baxaq nə imiş axlımda olan, ançaq tapmağa cətinlik cəkdiyim. Nərgiz – qardaşına: hə maraqlıdır, indi deyəçəyim daha cox Aylın ücün maraqlıdır, Aylın – Nərgizə: nədir mənim gözəl baçım mənə maraqlı olan? de ürəyimi üzmə, – Aylına: sənə iş tapdıq. Aylın yerindən qalaxaraq – Nərgizə: gərcəkdənmi? Nərgizə yaxınlaşdı, işmi tapılıb doğrumu duydum? zarafatmı edirsən? etmə belə zarafat baçım üzgünəm bilirsən. Nərgiz – Aylına: yox zarafat etmirəm gərcəkdir, ançaq bilmirəm işi bəyənərsənmi, – Nərgizə: mənim ücün fərqi yoxdur iş olsun mən işləyərəm razıyam. Kamil ayağa qalxdı – Aylına: bir dayan hələ nəyə razısan işi bilmədən? baçısına yaxınlaşıb baxdı əsəbini gizlətməyə calışdı. Nə işdir? kim tapmış və nə işdir sən bilirsənmi? Nərgiz – qardaşına: rəfiqəm dedi ki özlərinin tanışı olan yaxın bir adamların oğluna baxmaq lazımdır, işci axtarırlar anası tək qalır evdə ogluyla və cətinmiş oğluna baxmaq tək başına. Atası işlə əlaqəli başqa yerlərə gedir evdə olmur, cox zənğin ailədir ançaq deyilənə görə oglu hec kimi istəmirmiş, kimi işə götürüblərsə hamısını qovub. Maşınıyla qəza törətmiş ayaqları tutulmuş yeriyə bilmir, əsəbləri pozulub hec kimdə onunla hövsələ etmirmiş, gələnlərin hamısı bir gündən artıq tab gətirmiyiblər tərk ediblər işlərini. Aylın dərindən nəfəs alıb Kamilə baxdı, Kamil düşündü ki Aylın deyər yox bu iş mənlik deyil, ançaq əksinə oldu Aylın – Nərgizə: mən hövsələ edərəm mənə fərqi yoxdur iş olsun, Nərgiz əlindəki kağızı Aylına uzatdı, burda yazılıb ünvanları. Kamil Aylından qabaq kağızı götürüb baçısına tərs – tərs baxdı, – baçısına: sənin ağzından cıxanı qulaqların duyurmu? ağzınça deyirsən adam əsəbidir kimsəni istəmir, bunu bilə –