bizə. Fenomenologiyanın deşifrə edilməsi. Həyəcanın bu cür azalması düşüncənin keyfiyyətinə də təsir edir. Fərq vəhy fəlsəfəsi ilə qaynana dedi-qodusu arasında olandan az deyil. Əvvəllər “materialını” anlayış səviyyəsinə çıxarmaq məsuliyyətini daşıyan düşüncə prosesi günümüzdə anlayış nizamlamasının materialı halına düşüb. Şəxsin fikirləri təkcə mütəxəssislərin ona “ cəbri xarakter” , “ağızsal tip”, yaxud “isterik” diaqnozu qoymaqlarına yaramaqdadır. Sistemli düşüncədən və rasional nəzarətdən uzaqlaşmağın nəticəsi ola məsuliyyət itkisi ucbatından fərziyyə də indi bir tədqiqat obyekti kimi elmə təslim edilməkdə, ancaq beləcə özünəməxsusluğu ilə birgə elmin də özünəməxsusluğu sönüb getməkdədir. Düşüncə analizin idarə mexanizminin ona şüuraltı qaynaqları xatırlatmasına icazə verdiyi üçün düşüncə olmağı unudur. Beləliklə, həqiqi tezis ikən, neytral bir şeyə çevrilir. Konseptuallıq vəzifəsini yerinə yetirərək öz üzərində nəzarət yaradacağı yerdə acizliklə həkimə təslim olur. Həkim də hər şeyi bilməkdədir onsuz da. Beləcə fərziyə əzilir. Sinifləndirilmiş departamentlərdən birində öz yerini alır. O, artıq heç nəyin dəyişmədiyini sübut edən faktordur.
43
Haqsız qorxutma – Obyektiv həqiqətin nə olduğuna qərar vermək asan deyil. Ancaq yenə də insanlarla münasibətləri-mizdə bu həqiqətin gözümüzü qorxutmasına icazə verməməliyik. Şəxsin gözünü qorxutmaq üçün ilk baxışda inandırıcı görsənən bəzi meyarlar istifadə olunur. Ən çox istifadə edilən şey isə dediyiniz şeyin “hədsiz subyektiv” olduğu günahlandırmasıdır. Məqbul insanlar cəmiyyətinin qəzəbli xorunun da əsk-sədalandırdığı bu sərt xəbərdarlıq bir anlıq xəbərdarlığı edənə də tətmin hissi yaşada bilir. Halbuki subyektiv və obyektiv anlayışları tamamilə yer dəyişib. Obyektiv dedikdə nəzərdə tutulan faktorların mübahisə yaratmayan cəhətləridir: sorğulamadığımız təəssürata, sinifləndirilmiş bazadan ibarət səthə, yəni əslində subyektiv olana obyektiv deyilir indi. Subyektiv dedikləri isə bu səthi dağıdan, mövzunun özünəməxsus təcrübəsini öz üzərinə götürən, bütün hazır ideyaları kənara itələyən və obyektin özüylə əlaqədənsə – haqqında düşünməkdən danışmıram belə – çoxluğun razılaşmasına üstünlük verən, yəni əslində obyektiv olan hər şeydir. Subyektiv nisbiliyə istiqamətləndirilən etirazın boşluğunu anlamaq üçün onun öz sahəsinə, estetik ideyalar sahəsinə baxmaq kifayətdir. Bir sənət əsərinin onda yaratdığı təəssürata tam olaraq diaqnoz qoya bilən şəxs bu təəssüratdan aldığı güclə əsərin intizamına, daxili forma qaydalarına, əsərini zorlayıcılığına könüllü olaraq təslim olmağı bacaranda yaşadığı təcrübənin subyektiv xarakteristikası ilə əlaqəli etirazın yazıq bir illuziya kimi bir anda silinib getdiyini görəcəkdir: subyektiv bir ehtirasla mövzunun mərkəzinə tərəf atdığı hər addım ancaq belə təcrübələri öldürmək bahasına elmilik statusuna bənzəyə bilən “üslub” kimi şeylərin əhatəli və dəstəkli analizləri ilə müqayisə olunmayacaq qədər böyük bir obyektiv güc ehtiva edir. Bu obyektivliyin onu idarə edən subyektlər tərəfindən hesablanıldığı pozitivizm və mədəniyyət sənayesi dövründə də keçərlidir. Hakimiyyət sahibləri isə keflərinə uyğun formada bu davranışı kefə uyğun olmaqla günahlandırırlar. İstədikləri şey subyektin gücsüz qalmasıdır, çünki təkcə bu subyektlərdə özünə sığınacaq tapan obyektivlikdən dəhşətli dərəcədə qorxmaqdadırlar.
44
Post-sokratçılar üçün – Əvvəllər adına fəlsəfə dedikləri şeyi davam etdirmək istəyən intellektual üçün müzakirələrdə – hətta özlüyündə fikir irəli sürmələrində – haqlı çıxmağı istmək qədər iyrənc bir davranış ola bilməz. Haqlı olmaq istəyi ən detallı məntiqi düşüncə formalarında belə ibtidai sağqalmaq hissinin ifadəsidir. Halbuki fəlsəfə bütünlüklə bu prinsipin məğlub edilməsinə istiqamətlənmişdir. Bir adam tanıyırdım. Epistemologiya ilə təbiət və insan elmlərindəki bütün tanınmışları bir-bir evinə çağıraraq hamısıyla öz sistemi barədə mübahisə edir, həmsöhbətlərin ona etiraz edəcək gücləri qalmayanda isə öz iddiasının düzlüyünə əminliklə inanmağa başlayırdı. Fəlsəfənin inandırmaq sənətinin jestlərini çox uzaqdan da olsa xatırlatdığı hər vəziyyətdə belə bir sadəlövhlük qarşımıza çıxa bilir. İnandırma jestləri “universitas literarum” ehtimalına, bir-biriylə əlaqə qura bilən zehinlər arasında əvvəlcədən hansısa razılaşma olduğu düşüncəsinə, deməli, açıq-aşkar konformizmə söykənir. Susma haqlarını heç vaxt istifadə etməməkləri ilə məşhur fəlsəfəçilər qoşulduqları hər polemikada müzakirəni həmişə uduzmağa çalışmalı və bunu elə etməlidirlər ki, müxalifləri də öz iddialarının yanlış olduğunu görsünlər. Məqsəd təkzibi mümkünsüz mütləq həqiqətlərə çatmaq olmamalıdır, çünki nəticədə bütün bunlar tavtologiya səviyyəsinə endirilir. Əsl hədəf iddia edilən düşüncələrin doğruluğunu sorğulayan sualın öz-özünü də ittiham etməsini təmin edəcək hisslərin inkişafı olmalıdır. Bunu deməklə irrasionalı aliləşdirən fəlsəfəni, legitimliyini sadəcə vəhyə olan emosional inancdan alan bəzi kefayağı postulatları da müdafiə etmiş olmuruq. Əksinə, hədəfimiz tezis və mühakimə etmək arasındakı fərqi aradan qaldırmaqdır. Dialektik fikir bu cəhətdən mühakimə etməyin tezis kəskinliyi qazanması və tezisinin də məntiqin bütününə yiyələnməsi mənasına gəlir. Mövzuya birbaşaya aid olmayan istənilən anlayış kənara atılmalı, obyektin təcrübəsiylə dolu olmayan bütün ikinci dərəcəli improvizasiyalar uzaqlaşdırılmalıdır. Bir fəlsəfə mətnində hər təklifin mərkəzə bərabər məsafədə dayanması lazımdır. Hegel belə bir şey deməsə də, iş üslubu bütünlüklə bu sözə işarə edir. Bu cür iş üslubu hansısa başlanğıc prinsipi tanımadığına görə ikinci dərəcəli yaxud kənarlaşdırılmış olan heç bir şeyə də fikir verməmək halındadır; beləliklə, vasitəlilik anlayışını da müxtəlif əlaqələrdən obyektin cövhərinə köçürür və bununla da, obyektlə onu xaricdən vasitəçiləşdirməyə istiqamətlənən düşüncə arasındakı fərqliliyin öhdəsindən gəlməyə çalışır. Hegelin fəlsəfəsində belə bir niyyətin tam olaraq yerinə yetirilməsinə mane olan sərhədlər bu fəlsəfənin həqiqiliyinin sərhədləridir; “prima philosophia”nın (1) qalıqları; subyektin hər şeyə rəğmən “əsas” və “ümdə” olduğu ehtimalı. Dialektik məntiqin vəzifələrindən biri düşüncənin hər növ müdafiəçi jesti ilə birgə çıxarışçı sistemin sonuncu qalıqlarını silməkdir.
45
Necə də xəstə görünür böyüyən hər şey (1) – Dialektik düşüncənin şeyləşmə tənqidinin bir başqa ölçüsü daha var: fərdlər faktorları öz təcridləri və ayrılmışlıqları içində təsdiqləməyi rədd edir. Beləliklə həm psixi sabitləşməyə qarşı, həm mütləq iddiaların bədəlini mövzusunun özünəməxsus təcrübəsini itirməklə ödəyən paranoik zehnin boş bir qabıq kimi sürüklənməsinə qarşı bir panzəhər olur. Bu dialektikanın ingilis hegelçilərinin əlində və əsasən də Devveyin təəssübkeş praqmatizmində çevrildiyi şeyə endirilə bilməyəcəyini sübut edir. Dialektika ölçü və nisbət hissi deyil. Hər şeyin perspektiv içinə yerləşməsini təmin edən inadcıl və heybətli dözümlülük fəlsəfəsi də deyil. Hərçənd Hegelin də