Xancan Kərimov

Varlıq və Yoxluq Arasında


Скачать книгу

maliyə fondu yaradılmışdı. Fonda həm dövlət tərəfindən dəstək olunacaqdı, həm xüsusi şirkət və varlı şəxslərin bağışları, həm də zərərçəkənlərin özləri son mənzilə gedərkən istədikləri halda öz var-dövlətlərini təşkilata bağışlaya biləcəkdi. Onlara həmçinin istədikləri halda öz var-dövlətlərini kimsəsizlər evinə bağışlamaları üçün də lazımi tədbirləri görməkdə köməklik ediləcəkdi. Yığılacaq maliyyədən isə kamp ziyarətçilərinə son günlərini xoşbəxt keçirmələri üçün nə lazımdırsa təchiz ediləcəkdi. Kampda xüsusi ziyafətlər təşkil olunacaqdı, diləyənlər üçün dağ gəzintiləri və dağ kampı proqramları, yenə diləyənlər üçün xüsusi psixoloqlar olacaqdı. Son etiraflarını emtək istəyənlər üçün qrup söhbətləri, psixoloq və ya rahiblər olacaqdı. Həmçinin diləyənlər üçün alkoqol, tibbi marixuana, tibbi mdma və digər bir sıra xüsusi psixoaktiv maddələrin istifadəsinə də icazə veriləcək və şərait yaradılacaqdı. Onlar üçün bir sıra ölüm alternativləri də təklif olunacaq və həyatlarını istədikləri formada sona çatdırmalarına icazə veriləcəkdi. Hələlik ölkənin qərbində bir, cənub-şərqində iki dispanser qurulacaqdı, sırasıyla Oreqon, Kolorado və Floridada.

* * *

      3

      LARA

      “Nə fikirləşirsən belə?” dedi qapıya söykənmiş Lara.

      Fikri dağıldı və dönüb qapıya söykənmiş Laraya baxdı. “Oyanmısan” deyə mızıldandı özünü təsdiqləmə ifadəsiylə. Dünən gecə evin yaxınlığındakı barda tanış olmuşdular. Uzun müddət sonra ilk dəfə sözün əsl mənasında bəyəndiyi bir qadınla tanışmış və gecəni birlikdə keçirmişdi. Son vaxtlar getdikcə pisləşən əhvalı onu daha da yalnızlaşdırır və kimləsə danışmasına ya tanışmasına əngəl olurdu. Buna görə də indilərdə barlara gedib barın ən küncündə oturub tək içir və sadəcə ətrafı müşahidə edirdi. Çox vaxt lap kimləsə tanış olmaq istəsə belə buna müvəfəq olmur, mümkün olası dialoqları özlüyündə təsəvvür edir sonra tanışma fikrindən daşınırdı. Artıq sadəcə müşahidə ilə kifayətlənirdi. Ayaqları ilə musiqinin ritmini tutar, bir-bir ordakı insanlara baxar və onlarla bağlı hekayələr uydurar, sonra da o hekayələrə inanardı. Bəzən hətta o qədər dərin xəyala dalardı ki baxdığı qadınlar onun tam gözünün içinə baxsalar da onları görməzdi. O da onların gözünə baxardı, ancaq qarşı tərəfin baxışlarından xəbərsiz olardı. Bu bəzən ona baxan qadınları narahat edərdi və tez baxışlarını uzaqlaşdırardılar. Onunsa gözləri yenə olduqları yerə zillənmiş olaraq qalar və sanki gündüz yuxusuna dalardı.

      Dünən gecə də elə olmuşdu və o yenə həmişəki küncündə təkcə otururdu. Ta ki Lara gələnədək. Birdən birə onun masasında peyda olmuşdu. “Burda belə tək oturduğuna görə ya çox utancaq ya da çox xüsusi biri olmalısan” deyib gülümsəmişdi . O isə nə deyəcəyini bilməyib çiyinlərini çəkmiş və bu gözəl gözlü mələyin sanki ona ən yalnız günündə göndərilmiş bir xilaskar olduğunu düşünmüşdü. Sərxoş və düşüncəliydi. Özünə gəlib Larayla normal ünsiyyətə girməsi biraz vaxt almışdı. Bir neçə dəqiqə gözlərini ovuşdurub ətrafa baxınmış sonra masasında əyləşən bu yad qadına baxmışdı. Laraysa ona maraq dolu baxışlarla baxmağa davam edir və gülümsəyirdi. “Yaxşısan?” deyə soruşmuşdu Lara onun bu qəribə vəziyyətini görüb. Nəhayət ki dilə gəlib “Belə də, yaxşı demək olarsa. Sən necəsən?” deməyə müvəfəq olmuşdu. Sonra onlar tanışmış, gecəyə qədər söhbət etmiş və nəhayətində onun evinə gəlmişdilər. Evə doğru sərxoş addımlarla aşa-aşa gedərkən Lara ona onun haqqındakı ilkin fikrində yanılmadığını və onun təxminən xüsusi və utancağın arasında bir insan olduğunu demişdi. O da Laraya dönərək “Üzündə çox qəribə tanış bir ifadə var. Deyəsən yuxularımda həmişə gördüyüm ya da görmək istədiyim o üzünü xatırlamadığım qadınsan. Səni gözləyirdim” demişdi.

      Beyin qarşıdakı insana güvənilib güvənilməyəcəyinə 100 millisaniyədə qərar verir, bir ürək döyüntüsündən də tez müddətdə. Qadınvari və uşaqvari üzlər daha tez güvənilir və sevilir. O da Laraya bir ürək döyüntüsündən də tez müddətdə vurulmuşdu barda başını qaldırıb ona baxdığı anda. Onu ayıq başla seyr edə bilməmişdi hələ ki. Azca sərxoş idi yenə amma indi daha aydın görürdü və daha da çox vururlurdu. Lara qapıya söykənib ona baxmaqda davam edirdi. O iri və ecazkar gözləri ilə baxırdı. Dolğun dodaqları və həcmli saçları varıydı. Bütün bunlar ona qeyri adi ehtiraslı bir görünüş verirdi. Baxdıqca sanki dodaqlarına qan dolur və daha da qızarırdılar. Ancaq bir tanrının belə dodaqları ola bilərdi.

      Dolu amma incə ayaqlarını, hündür boyunu, geniş çiyin lərini və sinəsini təkrar süzdü. Bədən dilini və özünə inamını süzdü. Üzündəki gizli hüznü süzdü və ona hər baxışında təkrar vurulduğunu anladı. Üzündə, özündə gördüyü hüznü görə bildiyi qadınları sevirdi daha çox. Ortaq ağrıları olan insanları. Dərdləri olmuş insanları daha çox sevirdi, çünki yanlarında rahat ola bilirdi. Heç vaxt özünü bədbəxt hiss etməmiş insanların yanında özünü pis hiss edirdi. Laranın üzündə görmüşdü amma o hüznü, ilk anda. Bəlkə bütün o sahib olduğu ehtiras bir yana, sadəcə o hüznü üçün ona bir gecədə bu dərəcədə bağlanmışdı. Həm də keçirdiyi bu son bədbəxt günlərində ən çox ehtiyacı olduğu üz idi. Gözlərini altındakı naməlum qaraltılar üzündəki hüznü daha da gücləndirirdilər deyə düşündü. Sonra bəlkə də onu sadəcə anasına oxşayırdı deyə bəyənmişdi deyə düşündü. Çünki atasının genləri də bu fenotipə sahib qadınları bəyənmişdi və o da eyni genlərə sahib idi. İnandığı yarı-deterministik həyatı təsdiqləyirdi sanki bütün fikirləri. Ya da tezisini dəstəkləmək üçün fikirlərini manipulyasiya edirdi.

      Evdə içməyə nəyinsə olub olmadığını soruşdu Lara. O da ona mətbəx dolablarını göstərərək sağdan birinci dolabın içində çay və kofe olduğunu dedi. Olduqca kiçik bir mənzildə qalırdı. Qapıdan bir başa salona girirdin və salon mətbəx ilə birləşik kiçik bir otaq idi, girişin sol tərəfində isə əlavə bir kiçik yataq otağı var idi. Dolaba doğru getdi Lara və dolabın qapısını açarkən “nə fikirləşirdin, demədin,” deyə soruşdu təkrar.

      “Nə bilim, ordan burdan, Evtanaziya kamplarını düşünürdüm,” dedi və Lara bir əlində fincan dönüb ona sarı baxdı çaşmış və təəccüblü formada.

      “Nəyini düşünürdün?” deyə soruşdu və biraz dayanıb davam etdi “Bunun etik olub olmadığını, yoxsa nə?”

      “Nə bilim, elə hər şeyi” deyə cavabladı qeyri əmin formada çiyinlərini çəkərək.

      Lara əlində iki fincanla ona doğru yaxınlaşdı. Fincanları alçaq və kiçik masanın üzərin qoydu. Ondan siqaretinin olub olmadığını soruşdu, siqareti aldı, təşəkkür etdi və əlini bükərək siqareti yandırdı, dərin bir nəfəs, sonra tüstünü buraxdı, kofedən bir qurtum alıb fincanı yavaşca masaya qoydu və gözlərin zilləyərək ona baxdı: “Yəqin” bir qədər susdu, “.. – düşündüyüm şeyi düşünmürdün də hə?” deyə soruşdu quru bir səslə. O da baxışlarını ona çevirdi. Bir-birlərinə baxdılar. Otağa ölü səssizlik çökdü. Pəncərənin azacıq açıq olan yuxarı hissəsindən otağa küçənin səsi daxil oldu və uzaqlaşan bir mator