Лев Нусенбаум

Şərqdə neft və qan


Скачать книгу

nə də çəngəldən istifadə olunur. Qıymalanmış yemək geniş açılmış ağıza əllə atılır. İçərkən də mayenin dodaqlara toxunmamasının qarşısını almaq üçün müxtəlif incəliklərdən istifadə olunur. Hər səhər onlar əllərini və ayaqlarını kuhurinlə yuyurlar, minillər ərzində formalaşmış duaları dodaqaltı pıçıldayırlar və çalmalarından asılan müqəddəs qaytanı sığallayırlar. Öləndə də cəsədi nə yandırırlar, nə torpağa tapşırırlar, nə də suya endirirlər, çünki od, torpaq və su əbədi mundarlanar. Ona görə də parsın cəsədini susqu qülləsinə – onun ən adlı-sanlısı Hindistandadır – aparırlar və orda quzğunlara tapşırırlar. Dini buyruqla yanaşı bu, parsların fıkrincə həm də gigiyenanın tələbidir.

      Bu nadir odçular, bəşəriyyətin ən qədim dininin baniləri və kuhurin həvəskarları heç də hansısa yad köçərilər, yaxud codlaşmış dağlı tayfalar deyillər. Hind parsları – parsların ən böyük hissəsi Hindistanda yaşayır – çağdaş bankirlər, iri sənayeçilər və birjaçılardır ki, bugünkü Hindistan özünün iqtisadi inkişafı üçün onlara minnətdardır. Hindistanın ən iri sənaye sahələri hər cür qazanc imkanını – təkcə Azərbaycan neftindən başqa – dəyərləndirə bilən parslara məxsusdur. Ona görə Azərbaycan neftindən başqa ki, bu neft müqəddəsdir və kuhurinlə bərabər dinin mənəvi dəyərlərini təşkil edir. Haqlı olaraq parsları Hindistanın yəhudiləri adlandırırlar. İran parsları isə, bunun əksinə, ticarət fəaliyyətlərini hələ tam tutumda gəlişdirməmişlər. Onlar şahın üzüyola təbəələri kimi tanınırlar və onun hərəmxanasında bağban işləmək şərəfinə yetişmişlər.

      Onlar Azərbaycanda, özlərinin müqəddəs torpaqlarında yaşamırlar, amma orda fəqirlər sığınacağı qurmuşlar və, hər yerdə olduğu təki, xeyriyyəçi kimi tanınırlar. Ona görə də hərdən elə olurdu ki, neft buruqları arasında bir neçə günlüyə ibadət etməyə hind parslara da icazə verilirdi. Amma bu, necə deyərlər, çox az-az olur, son vaxtlar isə buna ümumiyyətlə rast gəlinmir. Əbədi odun son məbədi bəşəriyyət tərəfindən elə yerli-dibli unudulub ki, Azərbaycanda çalışan alimlər ekspedisiyası günlərin birində tam ciddiyyətlə onu yenidən kəşf etdiyini söyləyib bu barədə Avropaya sensasion bir məlumat göndərdi. Həmin məlumatda göstərilirdi ki, alimlərin ciddi axtarışlarına baxmayaraq arxeoloji baxımdan qorunmayan bu tapıntı yalnız təsadüf sayəsində mümkün olmuşdur.

      Məbəd neft mədənlərinin tən ortasında yerləşir və şəhər sakinlərinin sevimli ekskursiya yeridir. Alimlər məhz bir balaca şaşqın və həddən artıq kəşfbaz idilər.

      Deməli, bəşəriyyət az qala məbədi unutmuşdur, fəqət haçansa hansısa illahlığın ehtiram olunduğu yer kimi dünyada heç nə ömürlük deyil. İnsan həmişə dönə-dönə ona qayıdır, köhnə xarabaların üzərində həmişə yeni-yeni sitayiş məkanları baş qaldırır. Kiçik Asiyanın unudulmuş ərazilərinə bələd olan kəs bilir ki, xırda köylərdəki məscidlər çox vaxt əvvəllər xristian kilsələrinin olduğu yerdə tikilib. Qazıntılara nəzər yetirilsə, görərsən ki, həmin kilsələr də öz növbəsində yunan-roma məbədlərinin xarabalıqları üzərində ucaldılmışdır və onlar da yenidən hansısa Babilistan illahlığının məbədinin özülü üstündə qurulmuşdur. Amma bir-birini əvəz edən dinlərin sırası bununla bitmir, zira bilinir ki, babilistanlılar da öz məbədlərini sirli Şumer səcdəgahlarının yerində tikmişlər. Elə yerlər var ki, orda sırasınca onlarla illahlara səcdə edilmişdir. İndi də məscidlər yox olurlar. Onların yerində bütün illahların ən çağdaşına xidmət edən fabrik və zavodlar tikilir.

      Zərdüşt məbədinin həndəvərində də sənaye məbədləri yaranır. Fəqət bu, legitim xələf deyildi. Məbəd ayrı, daha yaxşı illah dəyəri kəsb etdi. Məbədə bitişərək Azərbaycanda bir neçə il öncə yeni bir din, Şərqdə tez-tez meydana gələn, sürətlə yayılan və eyni sürətlə də yenidən dinlər müstəvisindən səthi silinən bir təriqət gəlişdi. Yalnız səthi, çünki xalqın iç qatlarında bir vaxt onun yaşadığı ölkəyə hakim olmuş bütün illahlar yaşamaqda davam edir, Astartadan, Hörmüzdən tutmuş Məhəmmədə, Məsihə qədər. Zira iman yalnız üzdən ölür, zaman-zaman o, yenidən baş qaldırır, bu yaxınlarda Azərbaycandakı Zərdüşt məbədi kimi.

      Həmin qəribə təriqətdən danışmağa dəyər.

      Günlərin birində neft buruqlarının polisi hökumətə xəbər verdi ki, Zərdüşt məbədinin yaxınlığında gecələr əcaib şeylər baş verir. Nəsə səs-küy gəlir. Lopalar yanır. Səslər ucalır, anlaşılmaz mızıltılar eşidilir. Deməli, orda gizli mətbəənin, yaxud ən azı bandit yuvasının olduğunu güman etməyə yetərincə əsas var. Neft mədənlərində bandit yuvası və gizli mətbəə xoşagəlməz hal olduğundan polis prefekti güman edilən banditlərdən əslində çox az fərqlənən bir takım polislə məbədi dövrələyib axtarış aparmağı qərara aldı. Gecə gizli mətbəənin əlamətləri özünü göstərəndə polis məbədə soxuldu və bununla elmə dəyərli bir xidmət göstərmiş oldu, çünki dini tarixin müntəxabatlarında indiyə qədər qeydə alınmamış yeni bir dini ortaya qoydu.

      Məbədin həyətindəki odun qarşısında dayanmış lüt qadına baxa-baxa əbədi alovun önündə yerdən oturmuş xeyli kişi gördülər. Kişilərdən biri qadının yanında dayanıb ehtiramla onun döşlərindən öpürdü, digərləri isə bu arada dua edib növbələrinin çatmasını gözləyirdi. Məbədin divarlarına, lopalarla işıqlandırılaraq, dünyanın bütün dinlərinin bütləri və müqəddəslərin şəkilləri qoyulmuşdu. Bazinili müqəddəs Nikolay Anadolu şeytançılarının müqəddəs simvolu Faunun2 palçıq fiquru ilə yanaşı qoyulmuşdu və Fallusun3 gil fiquru illah kimi sitayiş edilən İran şahının ucuz yağlı boya ilə basılmış şəklinin yanında asılmışdı.

      Qəribə təriqətçilər həbs edildilər və məlum oldu ki, Bakı kəndlərinin sadə, savadsız sakinləridirlər. Açıqlamadıqları səbəblərdən onlar bir din yaratmağı qərara alıblarmış və qədim məbədi yeni imanın iqamətgahı kimi seçiblər. İştirakçıların hər biri özü ilə bir simvol gətirməliymiş, istər Fallus olsun, istərsə də İran şahının şəkli. Sonra o, müqəddəs odun qarşısında oturub münasib bildiyi duanı oxuya bilərdi. Yeganə mərasim çılpaq qadın döşünün öpülməsiydi və bu, Yer adlı anaya sevgini simvolizə etməliydi. Bundan başqa imandaşların gətirdiyi allahların hamısına gərək ehtiram göstərəydin.

      Bütün cəhdlərə baxmayaraq polis onlardan fərli bir şey öyrənə bilmədi. Bu uğursuz sonuc rəsmi məlumatlarda savadsız köylülərin intellektinin aşağı olması ilə əsaslandırıldı. Deməli, köylülər gizli mətbəə işlətmədiklərinə və, üstəlik, şahın şəklini sərgiləməklə özlərinin abırlı düşüncələrini nümayiş etdirdiklərinə görə onları azadlığa buraxdılar. Neft bölgəsində «ictimai dincliyi pozmağa və yanğın təhlükəsinə» görə səcdənin məbədin içində aparılmasını onlara qadağan etdilər. Beləliklə, Zərdüştün son məbədi bu sadə həvəskarların da əlindən alındı.

      NEFT FIRILDAQÇILARI VƏ NEFT XAQANLARI

      Rus tacirləri arasında belə bir kəlam var: «Bakıda bir il neft sahibkarlarının içində yaşayan ömründə dürüst adam ola bilməz!» Azərbaycana yola çıxarkən vəsiyyətlərini edən şərafətli Peterburq