açmağa.
Amma mən çəkdiyimi
Kimə desəm, əriyər.
Suallar qoşun çəkib399,
Düz üstünə yürüyər.
Çəkdiyim əzabları
Düşünüb havalanar400.
Ya sözlərimi yalan,
Ya məni dəli sanar.
Ən yaxşısı odur ki,
Öz içimdə alışım.
Öz-özümlə bölüşüm,
Öz-özümlə danışım.
GƏLDİN Mİ?
Soruşum, kefin necədi401,
Sən o diyara gəldin mi?
Mən səfərdə qərar verdim,
Sən də izhara gəldin402 mi?
Çalxalayıb göyü-yeri,
Silkələyib dərdi, səri,
Ələyib düşüncələri
Tapıb403 bir çarə, gəldin mi?
Duydun mu heç ahlarımı?
Bildin mi günahlarını?
Qurdun mu404 sabahlarını,
Körpəm, qərara gəldin mi?
Beynimdə qaynaşan dərd ulduzları,
Sönür yavaş-yavaş, itir405 gözümdən.
Qaysağı406 quruyan əzab yerləri
Amma bir yaranın üstü açıqdı,
Amma ki bir ulduz göydədir hələ.
Tək biri mayaktək409 sönmür nə vaxtdı,
Görünür, ömrümün axırınacan,
O işıq qaralıb sozalmayacaq412.
İynətək deşəcək məni o ağrı
Heç zaman, heç zaman azalmayacaq.
Bəlkə rəhm edəsən, nəsə413 deyəsən,
Bəlkə inandırar bir yalan məni.
Sonuncu ağrını kütləşdirəsən414,
Qoparıb əlindən alasan məni.
BİLMƏDİM
Bilmədim bu şeirlərlə
Mən nələri əfv elədim.
Ya bir təzə sevgi tapdım,
Ya ağlayıb dəfn elədim?
Bəlkə bir qəlb yaraladım,
Ağrıları sıraladım,
Bəlkə nahaq415 qaraladım,
Bəlkə böyük səhv elədim416?
Dedim doğru-yalanı da,
Olmayanı, olanı da,
Bəlkə olub qalanı da
Yerə çırpıb məhv elədim?
Qoy yolunda talan olum,
Sərxoş olum, viran olum,
Elə bilmə, qurban olum,
Elə bilmə kef elədim.
BİTİRDİM
Gəlib çatdım dastanın
Son sözünə, bitirdim.
Qoymadım ki, əzabım
Vaxtsız sönə, bitirdim.
Gözümdən yaş axıtdı,
Əzab ağı oxutdu.
İçimi dərd dağıtdı,
Dözdüm yenə, bitirdim.
Nə etdim ki, öyünəm –
Zorla çatdım son günə.
Düşünmüşdüm on günə,
Altı günə bitirdim.
BİTDİ
Gəldi əzabların sonu,
Bitən nədi? Başlayan nə?
Gedən getdi, qalan qaldı,
İtən nədi? Yaşayan nə?
Heç bilmirəm kiməm, nəyəm,
Nələr oldu yaddaşıma?
Nə çıxacaq qabağıma,
Nələr gələcək başıma?
Heç bilmirəm nə olacaq,
Gətirəcək baxtım yenə?
Hüzuruna gəlib bəlkə
Gözlərinə baxım yenə?
Bu təptəzə ağ beyinlə
“Yaxşı”417 – deyib başlayım mı?
O yaşanan səadəti
Bir də, bir də yaşayım mı?
QAYITDIN…
Ulduzsan, su pərisi -
Bu dəfə nə qayıtdın?
Bu gözləri güldürüb,
Bu bədənə qayıtdın.
Açıldı qol-qanadın,
Tarixə düşdü adın.
Xəzinətək parladın,
Bir dəfinə qayıtdın.
Əl tutub sevindilər,
Abşeron, mavi Xəzər,
Bu ürəklə bərabər
Bu Vətənə qayıtdın.
SӘN
Əzirsən hər nəfəri418,
Hər mühiti, şəhəri.
Ayağın dəyən yeri
Cənnətə çevirənsən.
Nur bürüyür hər yanı,
Yuxulular