Reşad Mecid

Bir Daha Gelmeyecek


Скачать книгу

nursan, başqa nəfəs,

      Varlığına yoxdu əvəz478.

      Deyəcəyəm lap məni əz,

      Lap belə at – sən yaxşısan.

      YUXUDA 479

      Yuxuda xəyanət elədim sənə,

      Tutdum bir gözəlin ağ əllərindən.

      Öpdüm sinəsindən, dodaqlarından,

      İtdim480 nəfəs kəsən gur tellərində.

      Əsdim481 giləsinə482 əlim dəyəndə,

      Dodaqlarım dondu günəşlərində.

      Yuxulu gözlərim höccələyəndə483

      Tanıdım mən səni öpüşlərindən.

      Qəfildən gün doğdu bəbəklərimdə,

      Belə işıqlanan hava görmədim.

      Səni başqasıyla əvəzləməyi484

      Mən heç yuxuda da rəva görmədim.

      KÖVRӘKLİK 485

      Bu qədər ağrını, bu qədər dərdi,

      Sıxıb ürəyimdə saxlamamışdım.

      Camaat486 içində, adam içində

      Bu qədər kövrəlib ağlamamışdım.

      Sən, dostum, Ağdamdan danışma mənə,

      Sən də heç Laçından, Şuşadan demə,

      Məni yandıracaq xatirələri

      Sakitcə pıçılda487, ucadan488 demə.

      Mən indi o qədər kövrək, həssasam,

      Gözümün suyundan pas tutasıyam.

      Təkcə torpağa yox, təkcə elə yox,

      Hətta hisslərə də yas tutasıyam.

      NӘ OLSUN Kİ 489

      Nə olsun ki, qəşəngsən,

      uca boylusan,

      düz ayaqların var?

      Nə olsun ki, uzaqdan

      titrədirsən kişiləri490

      Bir kəlmə söhbətdən,

      iki sualdan sonra

      O ayaqlar taxtaya dönəcək,

      O gözəllik saxta görünəcək,

      Ovuntuların töküləcək

      Ayaqlar altına -

      Öyünmə gözəlliyinlə.

      ETMİSӘN 491

      Məni nura döndərib,

      Gəzdirmisən göyləri.

      Yadlara ümid yeri,

      Dosta güvənc etmisən.

      Sevincə boyamısan,

      Gələn səhərlərimi.

      Çevirib zərlərimi

      Yekimi pənc492 etmisən.

      Hər yan təptəzə, parlaq,

      Dünya oyun-oyuncaq.

      Məni uşaqdan uşaq,

      Gəncdən də gənc etmisən.

      OLMAYACAQ

      Qoluma girəcək yenə də qızlar,

      Əsən xəfif külək O olmayacaq.

      Hansısa baxışlar nəsə deyəcək,

      Nə arzu, nə istək O olmayacaq.

      Bəlkə yaşanacaq yeni bir nağıl493,

      Bu sevgi kitabı O olmayacaq.

      Sevinci, atəşi, gur səadəti,

      Kədəri, əzabı O olmayacaq.

      Min yoldan qayıdam494, min yol axtaram,

      Beləsi bir daha doğulmayacaq.

      Tapdığım gözəllər tez gözdən düşüb,

      Sevdiyim mələklər O olmayacaq.

      MӘN

      Hərdən495 düşməninəm, hərdən dostunam,

      Özüm də bilmirəm hərdən kiməm mən.

      Sənsiz çıxılanam, bölünənəmsə,

      Sənlə toplananam, sənlə cəməm496 mən.

      Gedirsən, yerini şaxtalar497 tutur,

      İsti ürəyimi boran, qar tutur,

      Yüz mikrob yoluxur498, min azar tutur,

      İndi soyuqdəymə, sətəlcəməm499 mən.

      Dayanmır500 qəlbimin bu əndişəsi,

      Gah əzab çəkirəm, gah eşq nəşəsi.

      Bir saat işıqlı cənnət guşəsi,

      Bir saat zülmətəm, cəhənnəməm mən.

      İKİ MӘKAN

      Qucaqlayıb yastığın sol küncünü501,

      Büzüşmüsən buz yataqda soyuqdan.

      İtirmisən sən kələfin502 ucunu,

      Fikirlərin çabalayır bayaqdan503.

      Ya səsindən biganəlik duyulub,

      Ya getmisən buz sözünün badına504.

      İndi beynin sırsıradan505 ayılıb,

      İndi düşür dediklərin yadına.

      Öz xoşunla506 yuvarlandın sürgünə,

      Baharını qışa, qara dəyişdin.

      Al Günəşi yastığının küncünə,

      Ağ əlləri boz divara