Reşad Mecid

Bir Daha Gelmeyecek


Скачать книгу

target="_blank" rel="nofollow" href="#n556" type="note">556 çəkilməmiş

      Elə bilirəm ki,

      Bir aydı

      Görmürəm səni.

      DAHA GECDİ…

      Demədim mi gəl görk elə557,

      Belə yanma, dəli könlüm.

      Bir kimsəyə indən belə558

      Çox bağlanma, dəli könlüm.

      Mən deyəni eşitmədin559,

      Gəl indi yan, dəli könlüm.

      Daha gecdi, qopammazsan,

      Möhkəm bağlan, dəli könlüm.

      ƏLAC

      Məni didən,

      Yoran

      Bu düşüncələrdən,

      Bu şübhələrdən

      Azad olmanın560 tək yolu

      Yatmaq.

      Yatmaq,

      Gerçəkləri yuxu sananacan561,

      Unudanacan

      Yatmaq.

      … tərtəmiz beyinlə

      Oyanmaq.

      OYANANTӘK 562

      Oyanantək başlayır

      Beynimin sualları.

      Bədənimin bu mübhəm,

      Bu ağrılı halları.

      Yalanlar ütüləyir,

      Küləklər itələyir563,

      Göydən yağış ələyir,

      Yorulur xəyallarım.

      Yalan düzə qarışır,

      Beyin dözür, alışır,

      Taleyilə barışır,

      Bitir qeylü-qallarım.

      QANADLARIM

      Dünənəcən bərq vurardı564

      Göydə yelkən qanadlarım.

      Kainatı gəzdirərdi

      Qalxıb-enən qanadlarım.

      Büzüşdü qəfil565 yağışdan,

      Bəd duadan, ya qarğışdan566,

      Bir kəmfürsət567, kəc568 baxışdan

      Pörşələnən569 qanadlarım.

      Qoşaydı570, indi tək olub,

      Qaxaclaşıb571 kötük olub,

      Kürəyimdə572 bir yük olub,

      Daşa dönən qanadlarım.

      ƏTİR 573

      “İfsenloren” qarışmasın “Hermes”ə574,

      Bənzər olan ətirləri dəyişdir.

      Mesajları eyni yolla hər kəsə,

      Cavabları yığan yeri575 dəyişdir.

      Oxşar olan hər məkandan uzaqlaş,

      Hər kişini öz ətriylə qoxla sən.

      Bədənləri, sifətləri qarışsa,

      Yaddaşında ətirlərlə saxla sən.

      OLMAYACAQ

      Əgər bitsə bu şuxluğun,

      Bu həyatın olmayacaq.

      Damağında belə şirin,

      Tamın, dadın olmayacaq.

      Yığılacaq qanadların,

      Yazda gülün, qışda qarın,

      Bu gəncliyin, bu baharın,

      Bu büsatın olmayacaq.

      Bilirsən mi, qalarsan tək? -

      Heç nə576 sənə olmaz kömək.

      Bir də belə sevgi, istək,

      Belə Qadın olmayacaq.

      PӘRDӘ

      Hər baxışı sehr577 yayan,

      Hər addımı sirr olanım.

      Danışdıqca ovsunlayan578

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «Литрес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на Литрес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Eylül

      2

      Çilek

      3

      Kazıyıp

      4

      Şarkımda, türkümde

      5

      Alıştım

      6

      Durumunu, hâlini

      7

      Rüzgardan