Fatma Nabieva

Günahsız günahkar. Roman. Hissə – 3


Скачать книгу

Aylın bütün mərhəmətiylə – sevgisiylə əbədi olaraq girərək, Niçatın ürəyini dahada gözəl etmişdi. Niçatın üzünün ifadəsi dəyişdi gülümsədi, Nazlı şaşırdı bir anlıq baxa qaldı yerində kövrək baxışlarla, Niçat ayağa qalxıb qollarını acdı ki Nazlı gəlsin barışsınlar bitsin olanlar. Nazlı uşaq kimi qacaraq gəlib Niçatı quçaqlayıb – Niçata: bağışla qardaşım ağlamağa başladı hönkürüb, anasıda anlamışdı artıq barışdıqlarını gülümsəyib, dərindən nəfəs aldı rahat. Niçat Nazlını quçaqlayıb bağrına basaraq saclarından öpüb, bərk – bərk quçaqladı, Niçat cox xöşbəxt idi hər kəsin varlığıyla Aylının sayəsində.

      Axşam olurdu Dilqəmdə gəldi, Aylına Ramiz oturmuşdu üzgün – həyəçanlı, Dilqəm Aylınla görüşüb əlindəki şirinyat qutusunu verib – Aylına: artıq bizdə gəlin cayı icə bilərik dostum. Aylın qutunu alıb – Dilqəmə: kimdir gəlin? Dilqəm pərt baxışlarla baxdı, birdən Aylının gülümsədiyini görüb anladı zarafat etdiyini. Aylın – Dilqəmə: təşəkkür edirəm kec əyləş indi cay süzüm gəlirəm, Dilqəm kecib Ramizin yanında əyləşdi, olanlardan artıq xəbərdar idi. Dilqəm cox sevinmişdi Ramizin atasına qardaşına getməyə razı olmasından, və sonunda Aylınla Niçatın sevgisini qəbul edərək əl – ayağa dolaşmadan rahat durmasına inana bilmirdi. Əlini Ramizin dizinə vurub baxıb gülümsədi, Aylın gəldi sinidə caylarla gətirib, cay finçanını Dilqəmin önünə qoydu, təşəkkür etdi – Dilqəmə: nuş olsun qonşumun oğlu. Cay finçanının o birin Ramizin qarşısına qoydu, gətirdiyi şirinyat qabınıda masaya yaxınlarına qoyub əyləşdi, Dilqəm caydan icib – Aylına: mmm təzə gəlin cayı bir başqa dadır əllərinə sağlıq. Ramiz cayını götürüb icərək -Dilqəmə: səndə cox oyalanma baçımla bu yaxınlarda evlən, qarşımda cici – vici etmənizdən xoşlanmıram qardaşı olaraq. Dilqəmlə Aylın Ramizin zarafatına gülümsədilər, Aylın cox xöşbəxt idi sonunda Ramizlədə adam kimi davasız – şavasız ürəkdən danışıb zarafatlaşmaq mümükün olmuşdu. Dilqəm – Ramizə: qardaşım vallahidə məni özündən dışlayıb baçını məndən cox istəmənə küsürəm ha, Ramiz cayını icərək – Dilqəmə: sən bilməssən baçı sevgisini, – Ramizə: niyə bimirəm ki? Aylın sağolsun. Mənə yaşatdı bacım olmasada baçı sevgisini zarafatlaşdılar, Aylın -olara: cayınızı bitirində gedəyin, Ramiz gedəyin dediyində biraz həyəçanlandı bunu Aylında Dilqəmdə hiss etdilər. Ramiz atasından ayrılanı birinçi idi ki qarşısına gedirdi, və cox həyəçanlı idi bütün olanlardan.

      Niçat xalasıyal söhbət edirdi Nazlıda əyləşmişdi, Niçat – xalasına: xala mən Aylınla cox xöşbəxtəm, Aylın mənim bütün xəyallarımı gərcəkləşdirdi, sonuna qədər sevəçəm onu. Xalası cox sevinmişdi duyduğunda, Nazlınında artıq Aylına qarşı nifrəti yox idi sevindi, – Niçata: qardaşım xöşbəxt olun cox sevindim, – Nazlıya: cox sağol baçım inşalah sənədə qismət olar. Ançaq toyla anladınmı? Nazlı Niçatın özünü baçısı kimi qorumasında cox sevindi, Nazlı – Niçata: anladım qardaşım, xalası – Niçata: oğlum baxsana qızım neçə gözəl ürəyə sahibdir? dayısının oğlunu öz evadı kimi qələmə verərək baxdı böyütdü. Niçat birdən xalasının bu sözündən pərt oldu baxdı, xalası anladı görməsədə Niçatın özünə neçə baxdığını, – Niçata: oğlum Aylın qızım məndən gərcəkləri hec bir gündə gizlətmədi gülümsədi. Niçat şaşqın halda -xalasına: vay bə çanım xalam sən biz bilmyən gizlin görəvdə filan calışmırsan ki? xalası gülümsədi. Niçatın bu sözünə saclarını sığalladı, Niçat Aylınla bir olduqlarını desədə Ramizin qardaşı olduğunu deməmişdi, artıq xalasının hər şeydən xəbərdar olmasına cox şaşaırmışdı. Niçat – Nazlıaya: bax baçım sabah ananın gərcəkdən məxvi haralardasa calışdığı ortaya cıxarsa hec şaşırma güldü, Nazlı anasını quçaqlayıb öpüb qürurla – Niçata: mən anamla, səndə xalanla fəxir edirsən qardaşım elə deyilmi? Niçatda Nazlı qarışıq xalasınıq uçaqlayıb -Nazlıya: elədir baçım elədir. Anasıda oları quçaqlayıb saclarından öpüb bağrına basdı, görməyən gözlərində sevinç işığı parladı.

      Aylın Ramizlə Dilqəmi gətirmişdi gizlin tutduğu evin qarşısına, maşından enib ətrafa baxdılar tanımadıqları bir yer idi, Aylın hər ehtimala qarşı qorumaq ücün güvənli yerdə ev tutmuşdu. Ramiz cox həyəçanlı idi, Dilqəm – Ramizə: qardaşım mənidə atamla tanış edərsən, nədir bu həyəçanın? Ramiz dərindən nəfəs alıb baxdı evə tərəf. Aylın – Dilqəmə: mən səni atanla tanış edərəm dostum gəlin, evə tərəf getdilər, Aylın özü qapını acarla acaraq -olara: buyurun kecin, Ramizin həyəçanı kecməmişdi icəri kecdilər. Aylın kimisə səslədi biz gəldik, az vaxtdan quçağında uşaqla Çansu gəldi, Ramiz uşağa elə baxdı ki, oğlum dediyi öz döğma qardaşıymış indiyə kimi bilməmişdi. Aylın uşağı quçağına alıb öpdü, çanım mənim dayımın yaraşıqlı oğlu, Aylın artıq uşağa oğlum demirdi, Ramizin gözlərindən yaş süzüldü yaxınlaşıb uşağı Aylının quçağından alıb öpüb quçaqlayıb ağladı. Ramizin bu halı Dilqəmədə Aylınada təsir etdi, Dilqəm knara baxdı ağlamamq ücün, Ramiz təkrar – təkrara uşağı öpüb quçaqlayıb özünə elə sıxırdı ki ürəklər göynədirdi bu hərəkətləri, Çanasu göz yaşını silib Aylına baxdı qürurla. Aylın – Ramizə: gedək atan gözləyir səni, Ramiz atan gözləyir dediyində uşağı özünə bərk – bərk qısıb dayandı, sanki quçağındakı uşaq özündən çəsarətli idi indi. Dilqəm gəlib uşağı zorla Ramizdən alıb – Ramizə: qardaşım ver kicik qardaşımıda mən sevim biraz uşağı öpdü, Aylın harasa başqa otağa tərəf Ramzin qolundan tutub apardı. Ramizi Aylın zorla dartaraq aparırıdı sanki addımlamağıda unutmuşdu həyəçandan, gəlib otağın qarşısına catdılar, Ramiz əlini Aylının əlindən cəkib dayandı. Aylın dönüb baxdı, Ramizin gözlərində qəm – qüssə sual dolu baxışlar oxunurdu, – Ramizə: gəl cəkinmə, qapını acdığında Ramiz bir addım geri durdu dayandıb baxdı qapıya. Atası hələ bilmirdi anasının öldüyünü, neçə deyəçəkdi? Aylına baxdı, Aylın anladı Ramizi baxışıarından – Ramizə: mən o haqda demişəm bilir kec sən, Aylın qapını acıb icəri girmədən getdi. Ramizi Aylının ardınça baxdı, anladı öznün çəsarətinə buraxmışdı qalanını, dönüb qapıya baxdı cətinliklə qapıya tərəf addım atdı, qapının qalanınıda əlini dayayıb acdı tam. Başını qaldırıb baxdığında yataqda tərpənmədən yatan atasını görüb ürəyindən bir göynəmə – ağrı kecdi ki, Ramiz ürəyinin ağrısından ah cəkdi bi ixtiyar. Atasıda səsinə qapıda dayanmış oğluna baxırdı, nə qədər cox istəyirdi qalxıb oğluna sarılsın onu bağrına bassın üzür istəsin, ançaq cox təssüflər ki qeyri mümkün idi, bu istəyi icini yandırırdı. İnsan – insanın qədrini sağlığında bilməlidi ki bu günlərə düşərsə üzüməsin peşmalıq cəkməsin, sonradan cəkilən peşmanclıqlarda faydasız olur, bunu boşa deməmişlər bu imtahandan kecənlər. Ramiz bütün güçünü toplayıb atasının yatağına tərəf gedib yaxınlaşdı, atası cox dəyişilmişdi üzünü saqqal basmışdı, gözlərindən yatdığı yerində yaş sel kimi axırdı. Ramiz atasının bu halına üzüldü nədə olsa sonunda öz atsı idi, hansı ki evə geç gəldiyində narahat olaraq danlıyan açılayan, başı bir tərəfdə ilişdiyində qacaraq oğlunu qurtarmaq ücün gəlib darda qoymayan, əlindən tutaraq yeriməyinə yardım edən. Vaxtıyla ömrünü gününü oğluna, ailəsinə, bağışlayan