tarixini daha gec dövrlərə aid etməyə təşəbbüslər göstərilir, onun gerçək tarixini saxtalaşdırmağa çalışırlar. Lakin Pumpellinin bu arxeoloji mədəniyyətin 10-cu və 9-cu minilliyə aid olduğu haqqındakı təkzibedilməz faktlara söykənərək gəldiyi sonuc bir çox bilim adamları tərəfindən təsdiq olunmaqdadır.
Anau mədəniyyəti arilərin tarix səhnəsinə qədəm qoymalarından çox öncəki dövrə aid olub hər hansı bir ari izi daşımadığından avropasentrizm nəzəriyyəsini rəhbər tutan müasir tarixçilər öz əsərlərində bu arxeoloji mədəniyyətə istinad etməkdən və onu xatırlamaqdan qaçınaraq diqqətdən kənarda tuturlar.
Hindistan sanskrit ədəbiyyatının araşdırıcısı Alman bilim adamı Herman Brunhofer e.q. 1500-1200-ci illərə aid edilən Hind dastanı Riqvedada Pəncab vilayətini işğal edən və özlərini Naqa/Nahisa adlandıran Turvaşa-Yakşu, Anava, Dahyu, Puru və Şiqnu adlı beş turanlı tayfadan bəhs olunduğunu yazır. Anav tayfasının kralı Krunqa adlanır və bu ad Şahnamədə Kurenq şəklində ifadə olunmuşdur. Brunhofer Kuranq adının Riqvedaların ruhuna uyğun olmadığını yazır, yəni onu hind-ari mənşəli hesab etmir. Anava ilə yanaşı adları çəkilən Turvaşa, Yadu, Dahyu və digər tayfalar da türklərdir. Roma coğrafiyaçısı İsidor Xeraks Anavanın İranın şərqində yerləşdiyini yazır. (Brunnhofer Hermann. 1889, Səh. 31–32)
Bəzi müəlliflər Kuranq adının əslində Turanq olduğunu yazırlar.
Riqvedada bəhs olunan Anavın İranın şərqində yerləşdiyi haqqındakı məlumat Aşqabadın 40 km. yerləşən Anaunun coğrafi mövqeyinə tamamilə uyğundur. Burdan belə bir nəticə çıxır ki, Anau müstəqil bir şəhər dövləti olmuş və digər turanlı boylar olan Turvaşa və Yadu-yakşu boyları ilə ittifaqda öz kralları Kuranqin rəhbərliyi altında Pəncabın işğalında iştirak etmişlər. Anaunun əhalisi də Anav adlı qədim öntürk boyunu təşkil etmişdir ki, onların varisləri bu gün də Türkmənistanda yaşamaqda davam edirlər. Hindistan vedalararında sanskrit ədəbiyyatında Turvaşa türklərin, Çaka isə sakların ümumiləşdirilmiş adlarıdır.
Anav kralının malik olduğu Kuranq titulu Əmir Teymurun da hakimiyyət titulu olmuşdur. Qazax tarixçisi Tursun Sultanov Əmir Teymurun titullarından birinin Quraqan olduğunu və bu fəxri titulu Çingiz xanın nəslindən olan Qazan xanın qızı Saray Mülk xanımla evləndiyi üçün aldığını, Quraqan adının mənasının “Xanın kürəkəni” demək olduğunu yazır. (Cултанов Турсун, 2001, Səh. 97)
Qurxan adının monqol dilindəki qürqen/kürəkən sözündən yarandığı fikrini ilk dəfə rus tarixçisi Vasiliy Qriqoryev 1869-1873-cü illərdə yazdığı “Şərqi Türkistan” adlı əsərində irəli sürmüş və bu tezisi sonrakı müəlliflər kor-koranə təkrar etmişlər. Fikrimizə görə Kuraqan titulunun monqol dili etimologiyası əsasında qürqen/kürəkən kimi izah etmək yanlış yozumdur. Turanda ilkin şəhər mədəniyyətinin, əkinçiliyin və heyvandarlığın əsasını qoymuş Anavların qədim məskəni Türkmənistanın güneyindəki Anau şəhəri və ətraf əraziləridir.
Riqvedadakı Kuraqan/Kurunqan titulu türk dilində orijinal ifadənin transliterasiyasıdır. Mərkəzi Asiyada türklərin məskunlaşdığı ərazilərdə Kuraqan adlı bir çox yer adları mövcud olmuşdur. Şəmsəddin Yəzdinin Əmir Teymura həsr olunmuş əsərində Kuraqan adlı ərazidən bəhs edilir. Fikrimizə görə Teymurun Qurakan titulu türklərin Qurxan hakimiyyət titulunun fonetik şəklidir.
Əmir Teymurun titullarından biri də Qur əmir olmuşdur. Qur titulu qədim mənşəyə malik olub, sumerli öntürklərə bağlıdır. Sumer dilində Qur sözünün anlamı “böyük, möhtəşəm, əzəmətli” anlamları daşıyır. (Halloran J., 1999, Səh. 41)
Qur sözü sumer dilində olduğu kimi türk dilində də “mötəbər, ləyaqətli, yüksək mövqeyə malik” mənası ifadə edir. Qurkan titulunun ikinci tərkib hissəsi “kan” türk dillərində yüksək mövqeyə malik şəxslərin adının sonuna əlavə olunur və “Xan” tituldur. Qurxan adının mənası “mötəbər, ləyaqətli xan” deməkdir.
Anaulu boylar müasir dövrdə Türkmənistanda türkmənlərin çox qədim köklərə malik özəl etnik qrupunu təşkil edir. Anaulular digər türkmən boylarından fərqli olaraq özlərini Türkmənistanın güneyində qədim Anau şəhəri və ətrafında məskunlaşmış ən qədim sakinlər hesab edirlər. Anaulular öz etnoqrafik xüsusiyyətlərinə görə bir çox cəhətdən digər türkmən boylarından fərqlənirlər. Onlar bölgədə əkinçiliklə məşğul olan ən qədim sakinlərdir. Anaulular digər türkmən boylarından fərqli olaraq heç zaman çadır-yurtlarda yaşamamışlar, onların yaşayış məskənləri palçıq kərpicdən tikilmiş evlər olmuşdur. Sonradan Anau ərazisinə gəlib yerləşmiş köçəri təkə-türkmənlərin təzyiqi ilə anauluların bir qismi öz yerlərini tərk etmək məcburiyyətində qalmışlar. (Джикиев А., 1977)
Turan yaylasındakı qədim arxeoloji mədəniyyətlər təkcə Anau və Türkmənistanla məhdudlaşmır. E.q. VI minillikdə bəşəriyyətin böyük hissəsi yığıcılıq və ovçuluqla məşğul olub ibtidai həyat sürməkdə olduqları zaman, Türkmənistandakı Ceytun arxeoloji mədəniyyətinə mənsub olan insanlar arpa və buğda becərir, suni suvarma sistemi yaradaraq yüksək əkinçilik mədəniyyətini inkişaf etdirir, qoyun və keçini əhliləşdirərək evcil heyvandarlıqla məşğul olurdular. Ceytunda 200 nəfərin yaşaya biləcəyi 30 böyük ev aşkar edilmişdir. Sami və hind avropalıların tarix səhnəsinə qədəm qoymasından min illər öncə turanlı öntürklərin şəhər tipli məskənlər salaraq, sənətkarlığın, əkinçiliyin və heyvandarlığın timsalında uyqarlığın yüksək inkişafına nail olmaları faktı “avropasentrizm” ideologiyası mərəzinə düçar olmuş qərbin və o cümlədən rusiyanın elm dairələrinin ciddi narahatlığına və qeyri ciddi, elmi gerçəkliyi əks etdirməyən tezislərin irəli sürülməsinə səbəb olmuşdur.
Anau ilə yanaşı Türkmənistanda aşkar edilmış e.q. VI minilliyə aid Ceytun, VII minilliyə aid Cəbəl, Böyük Balxan, Dam-dam Çeşmə kimi qədim arxeoloji mədəniyyətlər yüksək inkişaf etmiş əkinçilik mədəniyyətlərinə malik olub qoyun, keçi kimi ev heyvanları bəsləməklə yanaşı, arpa və buğda taxıl məhsulları yetişdirmək səriştəsinə malik idilər.
Mərkəzi Asiyadakı Turan dövlətinin yaranma tarixini müəyyən etməyə çalışsaq Anauda mövcud olmuş yüksək inkişafa malik şəhər mədəniyyətini istinad nöqtəsi kimi qəbul edə bilərik. Anauda və Türkistanda ona bənzər e.q. 5-ci minilliyə aid Namazqa təpə, Qazaxıstanda e.q. 3-cü minilliyə aid Botay, Özbəkistanda Kelteminar, Əfrasiyab kimi qədim mədəniyyət mərkəzlərinin mövcudluğu Turanda ilkin dövlət təşkilatı rüşeyminin əsasının 8–7 minilliklərdə qoyulduğunu sübut edir.
Anau, Kelteminar, Botay, Namazqa, Ceytun kimi qədim arxeoloji mədəniyyətlərin mövcudluğu sübut edir ki, sumer, elam və digər etnoslara aid insan qruplarının Ön Asiyadan Mərkəzi Asiyaya təkrar miqrasiyalarından öncə Turan regionunda inkişaf etmiş yüksək mədəniyyət mərkəzləri möbcud olmuşdur. Ön Asiya ərazisindən baş verən təkrar köçlər iqlim və digər səbəblər üzündən tənəzzülə uğramış bu mədəniyyətlərin yenidən inkişafına təkan vermişdir.
Mesopotamiya və Elamda bir çox arxeoloji abidələri tədqiq etmiş Almaniyanın görkəmli arxeoloq və tarixçisi E.Herzfeld Oksus uyqarlığı, Amudərya və Sırdərya ovalığında mövcud olmuş arxeoloji mədəniyyətlərin öz yaşına və əhəmiyyətinə görə Şərqdə