də göylərdə yaşatsın məni!
Yenə də aldatsın, yenə də atsın,
Yenə əzab versin, ağlatsın məni.
Bircə taleyimi78 başdan yazanda
Məni onsuzluğa düçar etmə sən!
Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar79 etmə sən!
KİMSӘN?
Sən kimsən, hardan gəlmisən,
İblismisən, mələk misən?
Dediyin nə, etdiyin nə,
Doğrumusan, kələk misən?80
Bu gəlişin, bu gülüşün,
Bu öpüşün mənimdi mi?
Qara gözün, uzun saçın,
Bu ağ dişin mənimdi mi?
Kim sənə şübhə eləyər,
Kim sənə yanakı baxar81?
Bu duruluq, bu saflığa,
Kim səhv edib qara yaxar?82
Bircə sənin hər sirrini,
Hər sehrini bilən mənəm.
Sevə-sevə qucağında
Qəzəbindən ölən mənəm!
MÜMKÜNSÜZLÜK
Səni qram-qram yeyəcək bu hiss,
Səni zərrə-zərrə məhv eləyəcək.
Səni yaşamağa qoymayacaq o,
Yaxandan yapışıb silkələyəcək.
Ən xoşbəxt anında birdən görünər,
Tüstünü təpəndən çıxarar qəfil83.
Coşqulu nitqində84 kəkələyərsən,
Sözlərin dilində burxular qəfil.
Bəlkə vodka ilə, ya şərab ilə
Bir günlük, on günlük keyidərsən də85.
Adamlar içində gülüb-danışıb,
Zarafat içində əridərsən də.
Elə bilərsən ki, unutdun daha,
Daha üzməyəcək səni o ağrı.
Qəfil görərsən ki, dayanıb86 tində,
O tanış küçədən87 səni çağırır.
Heç qaça bilməzsən onun əlindən,
Bu doğma88 şəhərdən getsən də belə.
Bütün beynindəki xatirələri
Təzə sevgilərlə ütsən də89 belə.
Ölüm yatağında son damla yaşla
Süzülüb cismindən getməyənədək.
Bu hiss qram-qram yeyəcək səni,
Səni zərrə-zərrə məhv eləyəcək.
SÖZ OYUNU
Başlayanda macəradı,
Bir də gördün ciddiləşdi,
Yaxın gəldi addım-addım -
söz oyunu.
Söz-sözə söykək92 olanda,
Ürəklər kövrək93 olanda
Ağlı başdan çıxaracaq,
Düşünmə ki, bir yalandı
söz oyunu.
Qaydası94 yox, düsturu yox,
Yüz yerə aparar95 səni.
Orbitindən aralayıb,96
Oxundan qoparar səni
söz oyunu.
Kimində qulaqda bitər,
Kimində yataqda bitər.
Çox dalsan dərinliyinə
Bu qara torpaqda bitər
söz oyunu.
YAZMAĞA NƏ VAR Kİ…
O sənə göylərdən gələn ruh kimi
İşıq bağışlayıb, nur bağışlayıb.
Soyuq vücuduna təlaş gətirib,
Sönən gözlərinə qor bağışlayıb.
Görmədin onuntək sirri-xudanı,97
Adlayıb bu ahıl yaşına gəlib.
Gör neçə röyanı gerçəkləşdirib,
Yuxuna gələnlər başına gəlib.
Ömür varağını98 qatlayan zaman
Saxlayıb, bir təzə həyat yaşadıb.
Sənə duymadığın Cənnət qoxusu,
Sənə bilmədiyin bir dad yaşadıb –
Yazmağa nə var ki, sənin halını.
Sən mənim halımı görəsən gərək,
Görən çəkdiyimə dözə bilərsən?99
Mənim boğazıma çıxan dənizin
Ən dayaz100 yerində üzə bilərsən?
Bu cızdağı çıxan101 xatirələri
Söyləsəm bir sapa102 düzə bilərsən?
Sənə zülm verən, gözdağı verən
Qaynar cəhənnəmə bir də gələrsən?
Yazmağa nə var ki, sənin halını,
Sən mənim halımı yaza bilərsən?
GETMƏK
Orda dayanmağın nəyinə gərək,
Burda oturmağın nə mənası var?
Gözünü