Reşad Mecid

Bir Daha Gelmeyecek


Скачать книгу

təzə sual yaylıq yelləyir.106

      Hər yüzün altında min biri yatır

      Dolu döyəcləyir, leysan selləyir.107

      Getmək! – tək xilasın108, tək yolun budur,

      Getmək bir növbəti109 yalana kimi.

      Yenə «göydən gəldim» söyləyən kəsi110

      Bir qapı dalında111 bulana kimi.

      ATMARAM SƏNİ

      Mən heç çürük dişimi çəkdirmirəm,

      Səni hara atıram?

Qulu Ağsəs

      Yolumun üstündə hər gün gözləyən

      Günəşim, ulduzum, ayım olsa da,

      Mənə lütf eləyib, rəhm112 göstərən

      Tanrıdan təzə bir payım olsa da –

      Atmaram səni!

      Qızıl taxt quralar buludlar üstə,

      İstə, qışda günəş, yayda113 qar istə.

      Desələr qəlbində hər nə var istə –

      Atmaram səni!

      Yol getdim Hicridən Milada kimi,

      Əzildim, sağ çıxdım, duydun səsimi.

      Qırram hər cadunu114, çətin tilsimi –

      Atmaram səni!

      Yenə zülm etsən də,

      Yox olub itsən də115,

      Sən atıb getsən də,

      Atmaram səni!

      SÖZ

      Heç onu bu qədər günahkar, aciz,

      İşıqsız görmədim, saxta116 görmədim.

      Dənizə atılan daştək117 mənasız,

      Bu qədər təsirsiz vaxtda görmədim.

      «Azərcell»in şablon təbrikləritək

      Hamı yollayacaq – yiyəsi yoxdu.

      Ən isti118 kəlmə119 də çox işlənibsə,

      Kəsəri120 qalmayıb, tiyəsi121 yoxdu.

      Sən sözü dəyərdən elə saldın ki,122

      Nə desən yalandı sən mənə indi!

      Qımışıb123 baxıram dünən dediyin -

      Gözümü yaşardan kəlmənə indi.

      ÇARӘ

      Bunun bircə çarəsi var –

      Sən bu yolu qısalt, getsin!

      Apendisidin, ödün kimi

      Çıxart getsin, kəs at getsin!

      Üzündəki ziyil124 kimi

      Kislatanı125 tök, yandırsın.

      Hər gün əzab verməkdənsə,

      Bircə dəfə bərk126 yandırsın.

      Aman Allah, bu nə çarə,

      Bu nə əlac?127 – sızıldadım.

      İcazə128 ver bu ağrıdan

      Uzaqlaşım addım-addım.

      EYNİYİK 129

      Yerinə olsaydım bəlkə özüm də,

      Atardım atdığın o addımları.

      Keçərdim keçilməz qadağaları,130

      Sevərdim sevdiyin o adamları.

      Qoparıb göydəki ulduzları da,

      Onların başına səpələyərdim.131

      Bir isti132 kəlməylə, işıqlı133 sözlə

      Məhəbbət, səadət bəxş eləyərdim.

      Nə qədər eynidi134 addımlarımız,

      Bəlkə günəş mənəm, bəlkə kölgə sən?

      Kişi135 görkəmində sənəm bəlkə mən,

      Cildini dəyişmiş mənsən bəlkə sən?

      CAVABINI TAPMADIĞIM 136 SUALLAR

      Zamanında döyülmədi dəmirin,

      Hələ çox su aparacaq xəmirin137.

      Topalaşıb138 məni qurdtək gəmirir139

      Cavabını tapmadığım suallar.

      Biri sönmür, mayak140 kimi hey141 yanır,

      Üçü burda, beşi orda oyanır.142

      Gah divandan, gah mətbəxdən143 boylanır:

      Cavabını tapmadığım suallar.

      Düşünməkdən yağmalandım, talandım

      Bəlkə elə uydurmadı, yalandı?

      Belə getsə axirətə qalandı –

      Cavabını tapmadığım suallar.

      GETDİN

      Bütün keçənləri alt-üst elədin,

      Bir ümid qalmadı gələcəyə də.

      İndi tapınmağa nə kitab, nə din,

      Hardasa bir işıq axtarmaq hədər.