uzanır,
Girir torpağın
altına,
Mən sənsiz darıxanda
Min il əvvəlki
Sümüklərim
Sızıldayır.
YANAŞI 172 GETMӘK
Səninlə yanaşı yerimək,
Yanaşı oturmaq,
Su içmək!
Və baxmaq gözlərinin
Dərinliyinə.
Sonra addımlayıb
Keçmək sərhədi.
Sonra təyyarəyə minmək,
Sonra çiyninə toxunub
Titrəmək, əsmək.
Göyün onuncu qatında
Dua etmək:
-İlahi, sən bu titrəyişi
Məndən alma!
O SӘSİN
Çəkilmir o səsin qulaqlarımdan,
Od kimi nəfəsin yanaqlarımdan!
Ağlımı başımdan çıxarıb alan
Məni tamam dəli eləyən səsin
Zarıyan, sızlayan, düşüb-qırılan,
Ah-nalə fışqıran, lələyən səsin.
O səsi canımda, beynimdə tutub
Ardınca yeridim mən addım-addım.
O səsin çıxardı məni bu haldan,
Yoxsa yarı yolda azıb qalardım.
Hayqıran, çığıran, «Sən» deyən Səsin
Yadımdan çıxmayan –
inləyən Səsin!
MƏLƏYİM… İBLİSİM…
Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
SIRADAN BİRİSİ
Ağrılar, acılar selində idim,
Gözlərim danışan dilində idi,
Taleyim tək sənin əlində idi,
Sıradan birisi etmədin məni.
Gördün o darıxan lal173 baxışları,
Hiss etdin gözlərdən axan yaşları,
Duydun səssiz, fağır174 yalvarışları
Sıradan birisi etmədin məni.
Tükdən asılmışdı175 bu ruhsuz bədən,
Dağlar titrəyirdi dərdi-sərimdən176.
Yapışdın o anda biləklərimdən
Sıradan birisi etmədin məni.
GÖRMӘDİM
“Sən də artıq hər kəs gibisin”
Töküldü üstümə
Әzablar, ağrılar.
Qəlbim, əsəbim
Cövlan elədi177,
Hirsim biləklərimə
Sıxılıb meydan oxudu –
Səni hər kəs kimi görmədim yenə.
Gözümə yazılsa da,
Acı səhnələr,
Ruhumu titrətsə də,
Oxşar kəlmələr,
Əzsə də məni gördüklərim,
Üzsə də məni bildiklərim,
Dönmədim, sönmədim,
Dinmədim -
Səni hər kəs kimi
Görmədim yenə.
Uçurdun öz əlinlə
Qurduğun xanimanı,
Viran qoydun, dağıtdın
İşıqlı kəhkəşanı,
Çırpdın üzümə
Bütün yaşananları,
Diyirlənib178 hərəsi179 bir yana dağıldı
Әn ülvi xatirələr –
Yenə dözdüm,
Səni hər kəs kimi
Görmədim yenə.
EYNӘK
Qocalığın qaranquşu180,
Gözümə işıq gətirənim.
Heç sevmədim amma səni -
Ömrümün ikinci
Hissəsinin
Gəldiyini
Xəbər verdiyindən,
Kədər verdiyindən!
İlk dəfə sevdim -
Oxumayanda da
Çıxarmadım gözümdən -
Elə bil məni əzizləyirdin,
Göz yaşlarımı
Gizləyirdin.
SӘNİN