Vahid Çəmənli

Dəli Çəmənli


Скачать книгу

adı, Koroğlu zamanından üzü bəri bu torpaqlarda yaşayan ulu babalarımızın bizə bir əmanətidir. Bizim atalarımız-babalarımız, bu ad üçün biz sizə borcluyuq. Siz bizi şərəfləndirdiniz. Bizi Koroğlu Dəlilərinin, Dəli Kürün, Dəli Domrulun, Dəli Becanın səviyyəsinə qaldırdınız…

      Ata yurdunu yiyəsiz qoymayın…

      İçimdə bir dərd daşıyıram. Bir kimsə ilə bölüşə bilmirəm. Bölüşməyə özümə mənəvi haqq verə bilmirəm. Fikirləşdim ki, bəlkə kağıza köçürüm? Əslində köçürməyə də bilərdim. Bu mənim içimdə daşıdığim öz dərdimdir. Kimisə öz dərdlərinlə yükləmək nə dərəcədə ədalətlidir? Lakin indi anlayıram ki, həyatda hər şey təkrar olur. Bu gün düz 40 il bundan əvvəl mənim atdığım addımları atmaq istəyənlər var. Uzaq diyarların cazibəsi çox gənclərimizi dinc oturmağa qoymur. Həvəslənib qanadlanmaq istəyirlər. Əğər qanadlanmaq istəyirlərsə eybi yoxdur, qoy qanadlansınlar, amma yuvalarını doğma torpaqlarında qursunlar. Şübhəsiz mənim bu fikirlərimlə razılaşmaq istəməyənlər tapılacaq, amma inanın ki, çox səmimi deyirəm, əgər hal-hazırda məni buralarda saxlayan bəzi qüvvələr olmasaydı, məmnunuyyətlə ata yurduna dönər, palçıqdan bir daxma düzəldib orada şad-xürrəm yaşayardım.

      1978-cı ilin isti yay günlərinin birində yolum Çəmənliyə düşdü. O vaxtlar qardaşım köçüb Ağdam şəhərində yaşayırdı. Bacım Əfətli kəndində ailıə həyatı qurmuşdu. Mənim isə xəyallarımın göylərdə uçan vaxtı idi. Çəmənliyə də elə-belə bəzi dostlarımdan hal-əhval tutmağa gəlmişdim. Dedim, gəlmişkən həyətimizə də da baş çəkim. Həyətimizə yaxınlaşanda gördüyüm mənzərə hələ də həyatımın sevincli anlarına soğan doğrayır. Qədəm-qədəm böyüyüb boy atdığım həyət sahibsiz qalmışdı. O anlarda keçırdiyim hislərin təsiri ilə «Övladlar dönükləşəndə» şerini yazdım. Şer uzun müddət dəftərimdə qaldı. Heç kimə göstərmədim. Elə bir adətim də yox idi. Lakin, bir dəfə ürəklənib «Ulduz» jurnalına apardım. O vaxtlar jurnalın poeziya şöbəsində Vaqif Cəbrayılzadə adlı bir şəxs işləyirdi. Şeri təqdim edib çıxıb getdim. Bir həftədən sonra yenidən redaksiyaya gəldim. Vaqif müəllim «faciəli surətdə» mənə bildirdi ki, şeri çap etmək mümkün deyil. Mən şeri geri istədim. Şerin hər sətirinin başında Vaqif müəllimin düzdüyü nida işarələrini görəndə çox təəccüb etdim. Səbəbini soruşanda onun mənə dediyi sözləri necə var, eləcə də sizə çatdırıram. «Qardaş, bu sətirlərin hərəsi bir şer mövzusudur. Sən nə etmisən? Hamısını faciəli surətdə yığıb doldurmusan bir şerə. Bunu çap etmək olmaz. Bədii cəhətdən də çox zəifdir. Yeni şerlərini gətir, oxuyub rəy bildirək». «Çox sağ olun» deyib çölə çıxdım. Yadıma onun «Qaçhaqaç» şeri düşdü. İlahı, o vaxtlar ikimiz də xalqımızın başına gələcək fəlakətləri qələmə almışdıq, özümüzdən belə xəbərsız. Lakin, o vaxt mən də Vaqif müəllimin bu şerinə dodaq büzmüşdüm. Sonralar anladım ki, təsadüfi şer yazılmır. Hər bir şerin içində bir hikmət var.

      Bu hadisələrin davamı 2001-ci ildə gəldi. Bir dəfə sevimli müəllimim Şahmar Əkbərzadənin işlədiyi «Mədəniyyət» qəzetinin redaksiyayasına getmişdim. Arabir o, məndən nəsə bir şey oxumağı xahiş edərdi. Bu dəfə «Övladlar dönükləşəndə» şerini oxudum. Bəyəndi. Çox təriflədi. Hətta bir neçə dostuna da göstərdi. Bu şer deyil, bu

      ibrət dərsidir-dedi.

      Şer «Mədəniyyət» qəzetində dərc olunandan sonra, «Qızıl qələm» mükafatı laureatı Fikrət Lənbərani ilə tanış oldum. Fikrət müəllim şerə qısaca olaraq belə rəy verdi:

      «Sən şer yazmamısan, sən xarabalığın rəsmini çəkmisən». Həmin şeri indi sizə təqdim edirəm:

      Övladlar dönükləşəndə

      Doqqazın ağzında dondum qəfildən,

      Təsəlli verərmi həmsöhbət mənə?

      Uğursuz yolçuya döndüm qəfildən,

      Necə yazıq gəldi bu həyət mənə.

      Üstən quş səkməyən o çal-çəpərlər,

      İndi neçə yerdən yaralanıbdır.

      Doluşub həyətə qonşu dəcəllər,

      Meynələr vədəsiz uralanıbdır.

      Külək budaqları dibdən qoparıb,

      Bağ-bağat doludu şax-şəvəl ilə.

      Gül kolu təklikdən şivən qoparıb,

      Ləçəklər üstündə don tutub gilə…

      Körpə çinarların dəyişib halı,

      Qoca tut nə yaman xəyala dalıb.

      Bacımım bəzəkli çörək dəsmalı,

      Təndirin başında kimsəziz qalıb.

      Pozulub bağçada əvvəlki mizan,

      Körpə budaqları meyvələr əymir.

      Əbədi qonaqdır bu yerdə xəzan,

      Bir yaşıl yarpaq da ğözümə dəymir.

      Daşlar, divarlar da qəribsəyibdi,

      Böyük hənirinə, uşaq səsinə.

      Bu həyət məni də qərib sayıbdı,

      Doğma nəfəsimdən çətin isinə.

      …Günəşin şəfəqi sönükləşəndə,

      Qızmar yay günü də dönüb olar qış…

      Övladlar soyuyub dönükləşəndə.

      Dədə-baba yurdu yetim qalarmış.

Vahid ÇəmənliAğdam, Çəmənli, 1978-ci il.

      P.S.

      Əziz Şahmar Əkbərzadə ilə görüşə dostum Mahirlə getmişdik. Fikrimiz onu dəbdəbəli restoranların birinə dəvət edib gözəl vaxt keçirmək idi. Lakin, Şahmar müəllim bizə dedi ki, bir yeməkxana tanıyıram, orada bişən yeməklərdən Müseyib əminin bişirdiyi yeməklərin ətri gəlir. Biz Şahmar müəllimin dediyi yerə getdik. Yeməkdən sonra Şahmar müəllim mənim dəftərimdə olan şerlərlə tanış oldu. «Övladlar dönükləşəndə» şerini alıb oxudu, bir-iki düzəliş elədi, sonra gülə-gülə dedi:

      «Hə, Qasımov, gördünmü söz necə partladı»?

      Sözün partlaya bilməsini ilk dəfə sevimli müəllimimdən eşitdim

      Tanrının sevdiyi bəndə

      (El-obamızın and yeri Seyid Lazım Ağanın xatirəsinə həsr olunur)

      Rəhman, Rəhim Allahın adı ilə…

      Bu yazıya bir şerlə başlayıram. Elə-belə yazılmayıb bu şer… Bəlkə də neçə illərdən bəri axtardığım həyat həqiqətlərinin intizarı ilə mayalanıb. Bəlkə bu şerin odu içimə həyatımda ilk dəfə «Allah haqqı!» deyəndə düşüb? Allahın üstümdə