Vahi̇d Çəmənli̇

Bu yay da belə keçdi̇


Скачать книгу

/p>

      © Vahi̇d Çəmənli̇, 2017

      ISBN 978-5-4485-3155-2

      Создано в интеллектуальной издательской системе Ridero

      VAHİD ÇƏMƏNLİ

      Ömür adlı qatara minəndə onun belə sürətlə hərəkət etdiyi xəyalıma belə gəlməmişdi. Mənimlə birgə yola çıxanların da belə tez qatardan düşəcəyini güman etməmişdim. Amma, sən demə qatarlar dayanacaqlardan keçəndə hər kəs öz dayanacağında düşməli imiş. Mənim yol yoldaşlarımdan qatarı ilk tərk edən babam Abbas kişi oldu. Sonra anam Pərizad, atam Valeh, xalam Səriyyə, sonra İdris dayımla İsa dayım bir – bir qatarı tərk elədilər. Hürizad xalam xeyli yol yoldaşı oldu mənə. Sonra bir gün o da haqqın dərgahına qovuşdu.

      Mənim sevdiyim insanlar! Bu gün mən sizin yer üzündə yaşayan səsiniz, sədanızam. Qələmə aldığım… yox, ürəyimin ən dərin guşələrindən süzülüb gələn bu misralarda sizin sevgi dolu qəlbinizin çırpıntıları yaşayır. Bu çırpıntılar mən durduqca vuracaq Sonra bir gün mən də estafeti sizin üzünü görmədiyiniz, amma sizi andıran nəvələrinizə, nəticələrinizə verib qatarı tərk edəcəm. Bilin ki, mən heç zaman sizi unutmadım. Həmişə ürəyimdə yaşadınız. Həmişə ürəyimdə yaşayacaqsınız.

      Əzizlərim, mən bu kitabı sizin xatirənizə həsr edirəm!

Sizi canı qədər sevən Vahid Çəmənli.

      Lə İləhə İlləllah

      Hüzuruna gəlmişəm,

      Lə ilahə İlləllah.

      Sənə könül vermişəm,

      Səndən dönmərəm billah.

      Eşqim, amalım QURAN,

      Məhəmməd Rəsulallah,

      Məhəmməd Həbibullah,

      Dostlarım – Haqq dostları,

      Əhli Beyti Nurullah,

      Lütvünlə məsud elə,

      Kərəm eylə, Ya Allah!..

      Sənsiz olsam Ya Həkim,

      Sənsiz olsam Ya Əziz,

      Ərşə çıxan ahımı,

      Söndürə bilməz dəniz…

      Nəsib eylə, yaşayım

      Həyatımı tərtəmiz,

      Sızlayan yaralara

      Məlhəm eylə, Ya Allah!!!

      Səndən başlar dirilik,

      Əvvəli, Axiri sən…

      Sən Xaliqsən, sən Qüddüs,

      Həyatın təməli sən…

      Sən Əzimsən, sən Xəbir,

      Əliyyü, Vəliyyü sən…

      Məni yolunda sabit

      qədəm eylə, Ya Allah!!!

      Bir iman yeri var min güman yeri

      Bir iman yeri var, min güman yeri,

      İman olmayanda güman min olar.

      İmanı qəlbinə çıraq eləsən,

      Dünya qəmlərinə məlhəmin olar.

      Halal qazancına haram qatmasan,

      Kasıbı, fağırı heç unutmasan;

      Özgənin haqqına əl uzatmasan,

      Sənin HAQQ yanında aləmin olar.

      Bəd dua eləmə bir kimə heç vaxt,

      Kor şeytan önündə dayanıb sərvaxt;

      Uğursuz yollara çıxma baxta – baxt,

      Bu yolda çox dərdin, çox qəmin olar.

      Yaxşıya yaxşı de, pisə pis demə,

      Xeyir söyləyən ol, heç vaxt nəhs demə,

      Bir kimə Xudadan ziyan istəmə,

      Sənə də istəyən bir kimin olar.

      Vahid, pozulmasın əhdin, ilqarın,

      On dörd məsum olsun sevgili yarın;

      Yapış ətəyindən Pərvərdigarın,

      Məhşərdə əlində bir şəmin olar..

may 2011 – ci il.

      Dəli Çəmənli haqqında ballada

      Qarabağın qucağında,

      Allı – güllü,

      Ən laləli,

      Ən sünbüllü,

      Ən bülbüllü bucağında.

      Bir kənd vardır,

      Çəmənlidir onun adı.

      Çəmənlimdir!

      Şehə batmış çəmənimdir!

      Ürəyimdir!

      Dirəyimdir!

      Çörəyimdir!

      Əbədilik gərəyimdir!

      Əbədilik verib mənə

      Ulu Tanrı bu diyarı.

      Neçə – neçə igidlərin yadigarı.

      O sarsılmaz igidlərdən

      İlham alıb bu gün mən də,

      Böyük dastan yaratsaydım Çəmənlimdən…

      Qarabağım, qəm otağım,

      Qəza – qədər öz ortağım.

      Tale yüklü arzulara

      Həsrət qalan

      bir yatağım.

      Sakit – sakit keçib gedir

      Bu zamanın gərdişində neçə insan.

      Sənsə belə şax qalmısan,

      Şux qalmısan.

      Tarixlərdə adın qalıb «Dəli» kimi

      Bir vüqarlı

      Dəli ömrü yaşamısan.

      Dəlidağ tək,

      Dəli Kür tək ad almısan.

      Sarsıdarmı səni fələk.

      Dəli kimi tarixlərdə qalar aldın

      Dəli Həsən,

      Dəli Domrul,

      Dəli Becan,

      Tarixlərin neçə – neçə Dəlisi tək,

      Bu gün məni bağışlasın

      At oynadan babalarım,

      Niyə mən də olmamışam

      Bəs onların birisi tək…

      Deyirlər ki, bir zamanlar

      Bir qəddar şah

      diş qıcıyıb bu torpağa.

      Ürəyindən Qarabağda

      Talan qurmaq gəlib keçib.

      Qoşun yığıb,

      Hücum çəkib.

      Od vuraraq neçə – neçə tarlasına,

      Gəlib çıxıb

      Qədib Şuşa qalasına

      Cuşə gəlib hayqırıbdır:

      «Eheey!

      Hanı bu torpağın kişiləri?

      Mən gəlmişəm bu dağları,

      Dərələri oylaq edəm.

      Aran məni yandıranda

      Bu