Vahi̇d Çəmənli̇

Bu yay da belə keçdi̇


Скачать книгу

umma.

      Nəfəsi ilıqdı bu məhəbbətin,

      Sonu ayrılıqdı bu məhəbbətin.

      Soyuğu, şaxtası istisindən çox,

      Gözlərin kor olar, tüstüsündən qorx,

      Yorulmağından qorx, «bəsdi”sindən qorx,

      Soyuq şübhələrin hıçqırtısından,

      Puç olan ümidin göynərtisindən,

      Tənha gecələrin hənirtisindən,

      Uşaqsız beşiyin cırıltısından,

      Gecələr tək – tənha buz yatağında,

      Gəlin yatağında, qız yatağında,

      Kölgələr oynaşan boş otağında,

      Hönkürən, ağlayan öz səsindən qorx!

      Elə məndən də qorx, məndən də gülüm,

      Mən səni bir azca məst edə billəm,

      Mən sənə bir azca qəsd edə billəm,

      Aldadıb, özümə dost edə billəm.

      Sonra da…

      Sonra da sənə yükləyib,

      Bütün dərdlərimi, bəlalarımı,

      Qara saçlarına dən sala billəm,

      Duman sala billəm, çən sala billəm.

      Bu yetim dünyada, cəfəng dünyada,

      Bu çirkin dünyada, qəşəng dünyada,

      Bir səhər mən səni tək qoya billəm…

      Sənə qıymadığım könül dağını,

      Özüm də bilmədən mən qıya billəm…

      Elə məndən də qorx, məndən də, gülüm,

      Mənim hayım gedib, vayım qalıbdı.

      Ömrümün, günümün xəzan çağıdı,

      Neçə qışım qalıb, yayım qalıbdı?

      Sən bahar çiçəyi, mən quru budaq,

      Daha bu budaqda çıçıklər açmaz.

      Daha bu budaqdan ağ əllərinə,

      Ağappaq qar kimi ləçəklər uçmaz,

      Dəymə o budağa, gəl dəymə, gülüm,

      Burax, gəl qantma ağ əllərini…

Bakı 1994, avqust

      Bu axşam ilk dəfə duydum ki, yoxsan

      Bu axşam ilk dəfə duydum ki, yoxsan,

      Bahara gecikən quşlar kimi sən —

      Səadət bəxş edib mənə bircə an,

      Xəzan gəlməmiş də uçub getmisən…

      Ürək məhəbbətdən titrədi, – yoxsa,

      Hansı hisslər ilə gülüb – danışdıq.

      Ürək duyğulara möhtac olsa da,

      Tamam başqa – başqa adamlarmışıq.

      Əlvidamı deyim? – Bu getməyindən,

      Həyəcan keçirim, yoxsa zövq alım?

      Sevdalı qəlbimi incitməyindən,

      Aldığın zövqümü yadıma salım?

      Bu axşam ilk dəfə tutuldu qələm,

      Dilimdə nəğmələr yarımçıq qaldı.

      Könlüm ilham alıb öz istəyimdən,

      Hicran nəğməsini çaldıqca çaldı.

      Bəlkə də ruh verdi mənə bu axşam,

      Qayğısız – qayğısız gülmək istədim.

      Xəyalən səninlə vidalaşarkən,

      Xəyal dünyama da əlvida dedim…

      Qaytarın dünyaya təzədən məni

      Saralan yarpaqlar, solan çiçəklər,

      Bilmədim, nə zaman açıb – soldular.

      Qayğısız anlarım, xoşbəxt anlarım,

      Hardan gəlmiışdilər – necə oldular?

      Qaytarın dünyaya təzədən məni,

      Hələ bu dünyanı duymamışam mən…

      Dolanım başına, a doğma kəndim,

      Qınama, qoynundan uzaq düşmüşəm.

      Əllərim əlinə yetişməsə də,

      Şirin yuxularda çox görüşmüşəm.

      O vaxtkı durumun xatirimdədir.

      Bəs bu gün necəsən? – Hansı uşaqlar

      Bu günkü anını qəlbinə yazır?

      Kimlər səhər tezdən dərsə tələsir?

      Kimlər çəmənindən şehli gül dərir?

      Tarlanı becərir, arxını qazır?

      Söyüd ağacları dururmu hələ?

      Külək saçlarını yolurmu hələ?

      Qaytarin dünyaya təzədən məni

      Bu boyda bir ömrü sovurdim yelə,

      Hələ bu dünyanı duymamışam mən.

      Bir – bir insanları sınağa çəkdim.

      Çoxu sınağımdan keçə bilmədi.

      Gözlərim hər şeyi gözəl görürdü,

      Gözəllik qəlbimə köçə bilmədi,

      Könlüm həsrət qaldı neçə istəyə,

      Nanə yarpağı tək əsdi ürəyim,

      Çırpındı hey, gündüz – gecə bilmədi,

      Qazancım nə oldu? – bolluca kədər,

      Tuş oldum hədərə, heçə bilmədim.

      Qaytarın dünyaya təzədən məni —

      Yaxşını yamandan seçə bilmədim,

      Hələ bu dünyanı duymamışam mən.

      Əlvida, əkdiyim körpə ağaclar,

      Həsrətdən saralan güllər, əlvida!

      Əlvida, yolumda ağaran şaçlar,

      Öpüb oxşadığım əllər, əlvida!

      Bir zaman sevdiyim qızlar qocaldı.

      Bəs məni sevənlər hayanda qaldı?

      Dedim uzanacaq ömür əbədi.

      Nə bilim yollarım boranmış.qarmış.

      Mən hardan biləydim qoca dünyanın

      Ayrılığı varmış, ölümü varmış…

      Qaytarın dünyaya təzədən məni,

      Elə əllidən də ömür başlarmış.

      Hələ bu dünyanı duymamışam mən,

      Hələ bu dünyadan doymamışam mən…

      Qəm çəkməklə qəm artar

      Ruhuma