Vahi̇d Çəmənli̇

Bu yay da belə keçdi̇


Скачать книгу

fağir – fağır,

      Ümidli sabahlara

      Xeyir – bərəkət yağır,

      Yer üzündə imanla,

      Gəz dolan ağır – ağır,

      Heçə hikmət duyarsan,

      Eşıtdiyin hər səsdə..

      Qəm çəkməklə qəm artar,

      Qəm azalmaz, əzizim!

      Keçib gedər bu qəm də,

      Belə qalmaz, əzizim!

      Ömrə mərhəmət olar,

      Möhlət olmaz, əzizim!

      Tövbə elə – Tanrıdan

      Bəxtinə ağ gün istə…

      Son dəfə keçirəm sizin küçədən

      Son dəfə keçirəm sizin küçədən,

      Bir də bu yerlərə dəyməz ayağım.

      Bu aylı, ulduzlu soyuq gecədən,

      Görəsən nə umum şairsayağı?..

      Söndürün qəlbimdə közərən şamı,

      Nə bilim, bəlkə də qəlbin daş idi.

      Həsrətin çilənən neçə axşamı,

      Bu küçə mənimlə birgə daşıdı.

      Kim bilir, sabah kim burda gəzinər?

      Özgə təmasından diksinər səki.

      Bir daha sevinməz addım səsinə,

      Mənim addımından sevinən təki…

      Küləkmi sovurur üzümə tozu,

      Yoxsa vidalaşan küçə özümü?

      Mən ondan razıyam, o məndən razı,

      Yaşadar köksündə ayaq izimi…

      Səni hardan alım indi…

      Şahmar Əkbərzadəyə həsr olunur

      Şahmar Əkbərzadə

      Ay qapımın açar yeri,

      Ay dilimin naçar yeri,

      Ay bəlamın düçar yeri,

      «Səni hardan alım indi?»

      Ay ömrümün qışı, yazı,

      Ay könlümün duzu, nazı,

      Ay atamın telli sazı,

      «Səni hardan alım indi?»

      Gözlərinə gözüm düşən —

      Özü kövrək, qəlbi şüşəm,

      Bir qom yaralı bənövşəm,

      «Səni hardan alım indi…

      Qarabağım, qəm otağım,

      Qəza – qədər öz ortağım,

      Ay sinəsi dağlı dağım,

      «Səni hardan alım indi?»

      Ay qəlbimin qubar tacı,

      Çəmənimin bahar taçı,

      Çəmənlimin Şahmar tacı,

      «Səni hardan alım indi»?..

Bakı, 09 oktyabr 2001 – ci il.

      Ağdam

      Ağdam,

      Səni düşündükcə

      Parçalanır içim, çölüm,

      Ağdam,

      Səni əsir edib,

      Yaşatdılar mənə zülüm,

      Sənsiz keçən illərimi,

      Hansı qara yelə verim?

      Ağdam, Ağdam…

      İçimdəki ağrıları

      Sənə necə başa salım?

      Viran olan dağlarında,

      İndi neçə ölüm qalım?

      Ğöylərindən qopüb düşür,

      Son ümidim, son xəyalım,

      Ağdam, Ağdam…

      Xaçınından, Qarqarından

      Axan sular durularmı?

      Bu zülümün haqq – hesabı

      Bir kimsədən sorularmı?

      Ağdam, Ağdam,

      Bu haraydan

      Dil usanıb, yorularmı?..

      Ağdam, Ağdam…

      Ölümünə fərman verən

      fərmanbazlar hardadı bəs?

      Bir düşünən, soran varmı,

      niyə yurdum dardadı bəs?

      Neçələrim didərgindi,

      neçələrim gordadı bəs?

      Ağdam, Ağdam…

      Kim bağlayar, görəsən kim,

      Bu qan verən yaraları?

      Qeyrət çəkən oğulların

      Seyrəlirmi sıraları?

      Doğradılar dilim – dilim,

      Pərən – pərən oldu elim.

      Yarı qaçqın, yarı köçkün,

      Yarı şəhid balaların…

      Ağdam, Ağdam…

21 iyul 2012 – ci il.

      Yox, deyən qəlbimə yaman girmisən

      Yox, deyən qəlbimə yaman girmısən,

      Od olub yandırır xəyalın məni.

      Mənə min – min ümid, güman vermisən,

      Dənizə döndərib sualın məni…

      Tək sənin eşqinə, gülüzlü sonam,

      Elə istəyirəm yandıqca yanam…

      Baxırsan gözümə, gözündə inam,

      İlhama çağırır bu halın məni…

      Hardasa dağılır qəmim, kədərim.

      Hardasa doğulur təzə ülkərim,

      Hardasa açılır nurlu səhərim,

      Hardasa gözləyir vüsalın məni…

      Hardan gəldin ağ buludum

      Sinəsidə Qarabağ dərdi daşıyan, sevimli Ağdama qovuşmaq eşqi ilə yaşayan əziz dostum Hacı Elməddin Səfərova ithaf edirəm

      13 may 2012 – ci il adi günəşli günlərdən biri idi. «Ağdamdan – Qarabağa» adı altında birləşib, sevincini – kədərini bir – biri ilə paylaşan bir qrup ğənc bu günlərini Şəhidlər xiyabanında keçirməyə, güllərə su verməyə, təmizlik